Siyasət

  • 3 115

Vətəninə, xalqına xidmət nümunəsi - ŞƏRH ÖZƏL

image

“Ölkəmizi dünyada çox yüksək səviyyədə təbliğ edən, eyni zamanda Azərbaycan dövlətinin xarici və daxili siyasətinə layiqli töhfələr verən Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezident təyin olunmasının dörd ili tamam olur. Fəaliyyət göstərdiyi bütün zamanlarda ölkənin və xalqın maraqlarını üstün tutan, xeyirxahlığı, səmimi nəvazişi, mərhəməti, insanlara sevgini həyat normalarına çevirən Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində də Azərbaycana layiqincə xidmət edərək üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. Hərtərəfli fəaliyyəti ilə həm beynəlxalq aləmdə, həm də ölkə daxilində cəmiyyətin bütün təbəqələrinin rəğbətini qazanan Mehriban xanım Əliyeva ona həvalə olunan bütün işlərə son dərəcə məsuliyyətlə yanaşaraq əsl vətəndaşlıq nümunəsi ortaya qoyub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov deyib.Deputatın sözlərinə görə, Mehriban xanım Əliyevanın mədəniyyətə və incəsənətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə əsasını qoyduğu Heydər Əliyev Fondu ilə bağlıdır: “Fond mütəmadi olaraq xarici ölkələrdə və ölkə daxilində Azərbaycan mədəniyyətinin təbliğinə yönələn xüsusi tədbirlər həyata keçirir. Və xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Humanist missiyası ilə daim diqqət mərkəzində olan Mehriban xanım Əliyeva peşəkar, bilikli, təcrübəli və çox xeyirxah bir insandır. Məhz ona görə də Azərbaycan xalqı Mehriban xanıma böyük rəğbət və sevgi ilə yanaşır. Xeyriyyəçilik və insanlara kömək etmək, onların problemlərinin həlli ilə məşğul olmaq Mehriban xanım Əliyevanın əsas amalıdır”.İ.Məmmədov vurğulayıb ki, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də, Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib: “Mehriban xanım Əliyevanın nüfuzlu yüksək təşkilatçılıq bacarığı sayəsində “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi Azərbaycanda uğurla keçirildi və bütün dünyanın diqqət mərkəzində oldu. “Bakı-2015” ilk Avropa Oyunlarının, eyni zamanda, ötən il baş tutmuş IV İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsi - beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilməsi məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitələrinin uğurlu fəaliyyətinin nəticəsidir. Hər bir azərbaycanlı məndə yüksək qürur hissi keçirirəm ki, Mehriban xanım Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən 2014-cü ilin mayında “İlin Birinci Xanımı” mükafatına layiq görülüb. Ölkə Prezidenti cənab İlham Əliyevin ən yaxın silahdaşı, sadiq dostu olan Mehriban xanım Əliyeva həmçinin Vətən müharibəsində də əldə etdiyimiz möhtəşəm Qələbədə xalqımızla, müzəffər Ordumuzla həmrəy olduğunu bütün nəcib fəaliyyətlərində sübuta yetirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımız üçün dəstək aksiyası həyata keçirərək, işğaldan azad olunmuş ərazilərimizdə hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar çatdırıb. Tam əminlikə söyləyə bilərəm ki, mentalitetimizə, milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq ideologiyasına söykənən missiyası ilə bütün dünya azərbaycanlılarının qəlbində xüsusi yeri tutan əziz Mehriban xanım beynəlxalq miqyasda Azərbaycan qadının müsbət obrazını yaradıb”.

sia.az

Digər xəbərlər