Siyasət

  • 2 996

Tarixi geri qaytarmaq, nə də onu silmək mümkün deyil ŞƏRH

image

Manqurtlaşmışların qanun qarşısında cavab vermələrinin zamanıdır!

Tarixi geri qaytarmaq mümkün deyil, onu olduğu kimi qəbul etmək lazımdır. Çünki o, yalanı sevmir. Ancaq bu gün müxalifət düşərgəsi deyilən dağıdıcı bir məkanda özlərini "siyasətçi" adlandıran "liderlər"də nə siyasət, nə də əxlaq var. Çünki onlar anlamırlar ki, siyasət heç də həmişə əxlaq peşəsi hesab olunmayıb. Bu yerdə ABŞ-ın tanınmış siyasətçilərindən birinin dediyi fikri xatırlamaq yerinə düşər: "Siyasətçi valideynlərini qətlə yetirən, sonra yetim olduğuna görə məhkəmədən aman gözləyən insana bənzəyir".Dağıdıcı müxalifətin, nəinki bugünkü, ümumiyyətlə, atdığı bütün addımlar xaricdəki erməni lobbi təşkilatlarının və xaricdəki anti-Azərbaycan qüvvələrin fəaliyyəti ilə paralellik təşkil edir. Artıq hər kəs bilir ki, dağıdıcı müxalifətin "mübarizə strategiyası" təkcə hakimiyyətə qarşı deyil, eyni zamanda, dövlətə, dövlətçiliyə, xalqa, bütövlükdə, Azərbaycanın müstəqilliyinə, varlığına və haqlı mücadiləsinə qarşı yönəlib. Əbəs yerə deyil ki, düşərgə "liderləri" zaman-zaman ermənilərə "qardaş" deyənləri daim müdafiə ediblər. Çünki belələrinin damarlarında illərlə xəyanət qanı axıb. Ona görə də, Azərbaycanda fəaliyyət göstərən müxalif partiyalar ancaq ağı qara görmək, uğurlara kölgə salmaq, vətəni qrantlara satmaqla məşğuldurlar. Daha doğrusu, həmin bu dağıdıcı müxalifət partiyaları bəzi xarici dairələrin "zombi"ləşmiş "filial"ı kimi fəaliyyət göstərməsi zaman-zaman faktlarla öz təsdiqini tapmışdır. Ancaq tarix unudulmur, geri qaytarmaq, nə də onu silmək mümkün deyil. Çünki Azərbaycanda xaos yaratmağa çalışan dağıdıcı müxalifət partiyalarının "lider"ləri öz antimilli əməllərini gizlətməyə çalışsalar da, inkaredilməz faktlar başqa söz deyir. Çünki belə əlaqsız və mənəviyyatsız erməni çörəyi yeyənlər üçün xəyanət etmək ən adi bir məsələdir. Özlərini nə qədər "demokratiya carçısı" göstərməyə çalışsalar da, xalqı aldatmaq mümkün deyildir. Belə ki, Azərbaycanda fəaliyyət göstərən 52 siyasi partiyadan 50-sinin Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanata Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirə bilməməklə bir daha öz xislətlərini nümayiş etdirdilər, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Doğrudan da, düşməni başqa yerdə axtarmaq lazım deyil. Təəccüblü deyil... Çünki satqın və istifadə olunanların anladıqları budur. Belə bir deyim var: "xəyanət ölümdən betər bir şeydir və bunu sadəcə anlamaq lazımdır". Lakin bu əxlaqsız və mənəviyyatsız erməni çörəyi yeyənlər üçün xəyanət etmək ən adi bir məsələdir. Belə olan halda...Amma təəssüf ki, geriyə çevrilməkdən qorxurlar. Qorxurlar ki, 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər. Qorxurlar ki, 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəyin həqiqətləri üzə çıxar, ancaq anlamırlar ki, bu faktlar çoxdan üzdədir: "Rüşvət alanda milyonlarla dollar alırsınız. Alırsan, heç olmasa yüz minlərlə al, beş manat al, insafla al. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək...". Və bu gün sosial şəbəkələrdə dövlətin ünvanına özlərinə layiq olduqlarını deyən Vətənini, torpağını satan-satılan AXCP sədri Əli Kərimli, "Milli Şura" deyilən satqınlar yuvasına sədrlik edən, saçına, başına hörmət etməyən Cəmil Həsənli həyasızcasına AXC-Müsavatla bağlı dövlət başçısının dediyi real faktları özlərinə sərf edən formada "təhlil" edərək bu günkü uğurlara kölgə salmağa çalışmaları həyasızlığın lap 100 faizidir. Məşhur fransız ədibi Viktor Hüqo dediyi kimi: "Vətənini rüsvay etmək - ona xəyanət etmək deməkdir".Ancaq bu satqın və şərəfsizlər bilməlidir ki, bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəs törətdiyi əməllərin cəzasının qanun çərçivəsində almalıdır və alacaq da! Çünki ...
Prezident: "Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb"
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən dövlət başçımız bildirib ki, AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqlarımızı satıblar: "Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada - Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".
"Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar"
Prezident İlham Əliyev bütün çıxışlarında, müsahibələrində, xalqa müraciətlərində, azad olunmuş torpaqlara tarixi səfərlərində dönə-dönə söyləyib ki, onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr Paşinyana baxsınlar: "Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. Gəncəni bombalamışdılar. Bunu heç kim unutmasın! Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər".Tarix, fakt, reallıq, günümüzün mənzərəsi isə budur ki, Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycanın qızıl hərflərlə ən şanlı tarixi yazıldı. Bu tariximizin yazılmasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yumruq kimi milli birliyimizin mühüm rolu oldu. Bu birlikdə hamımız olduq. Amma bu BİRLİKDƏ yeri və rolu olmayanlar da oldu. Bu milli birlikdə özünü görə bilməyən şərəfsizlər Qarabağın azadlığının əleyhinə çıxdılar. Bunu açıq demədilər, yəqin ki, deyə bilmədilər. Çünki Soros Fondu ölkəmizdəki quyruqbulayanların Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Leyla Yunus, Vidadi İskəndərli və... bu kimi məfhumlara himayadarlıq edirdi və Vətən müharibəsinin elə ilk günlərindən milli mənafeyimizə qarşı çıxdılar. Özlərinin "Milli Şura" adlandırdıqları milli şüursuzların başqanı Cəmil Həsənli, xaç atası AXCP sədri, onun baş ideoloqu və tribunu Qəniməz Zahid, şəhid atasının erməni qatillərinə xidməti özünə şərəf sayan, dünənə qədər Əli Kərimlinin mətbuat katibi Sevinc Osmanqızı, "Yurd" sədrinin "primadonnası" bu gün heç kim olan Gültəkin Hacıbəyli, vaxtilə AMİP-in cırılan şinelinin altından çıxan Əli Əliyev və bu kimi barmaqla sayılacaq ünsürlər Azərbaycana qarşı ikinci cəbhə açdılar. İnsan nə qədər manqurtlaşmalıdır ki, Şuşanın, Ağdamın, Kəlbəcərin, Laçının, Zəngilanın, Qubadlının, Füzulinin bugünki mənzərəsinə baxarkən dərisinin altına isti keçməsin. Necə ola bilər ki, bu insan adında olan varlıqlar islam adına nə varsa təhqir olunmuş torpaqlarımızda bu gün azan səsinin ucalmasını qəbul edə bilmirlər? Bu, o Sorosdur ki, Ukrayna üçün itirilmiş Donbas və Luqanskdır, Krımın Kiyevə surprizidir, insanların bir-birinin ətini yediyi bugünkü Yerevandır, inqilablar ocağına çevirmiş Qırğızıstandır, Türkiyəni içəridən dağıtmağa məqsədlənmiş FETO-dur və nəhayət, Soros bu gün Qarabağın azadlığına ağlayan, ərazi bütövlüyümüzün bərpasını qara bayraqla qarşılayan "Milli Şura"dır.Ancaq Güclü və diplomatik siyasət sahibi olan Azərbaycanın Qalib Lideri Prezident İlham Əliyev ətrafında xalq-iqtidar olaraq bir yumruq kimi birləşərək erməni işğalçılarını bu torpaqdan silib atdı. Azərbaycan indi daha rahat nəfəs almağa başlayıb, tarix diqtə edir.Ancaq bu gün yolumuzun üzərində hələ də Sorosun tör-töküntüləri, çör-çöpləri var. Bu çör-çöplər əli kərimlilər, əli əliyevlər, cəmillər, sevinclər, qənimətlərdir. Artıq xalq, dövlət, millət naminə tarixin zibil yeşiyinə atılanların müqəddəs qanunlarımız qarşısında cavab vermələrinin zamanıdır.

sia.az

Digər xəbərlər