Siyasət

  • 4 216

"İşğaldan azad olunan ərazilərdə həyata keçirilən quruculuq işləri inkişafımızın başlıca prioritetlərindəndir"

image

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə 17 il ərzində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində Qarabağ münaqişəsinin həlli üçün əlverişli hüquqi baza formalaşmış, əsl həqiqəti özündə əks etdirən tarixi faktlar dünya ictimaiyyətinə çatdırılmış, Azərbaycanın dünya siyasi arenasındakı mövqeləri möhkəmlənmiş, vacib və əhəmiyyətli beynəlxalq sənədlər qəbul olunmuşdur. Təbii ki, möhtəşəm nailiyyətlərin qazanılmasında Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, əsrlər boyu davam edən düşmənçilik zəminində meydana çıxan Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin beynəlxalq hüquq normalarına və tarixi faktlara əsaslanan prinsipial mövqeyi və bu mövqeni mahir, peşəkar siyasətçi, diplomat kimi dünyaya nümayiş etdirməsi xüsusi əhəmiyyət kəsb edir.Ötən müddət ərzində ölkəmizdə münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərilməsi, əhəmiyyətli nailiyyətlər əldə olunması ilə yanaşı, ölkəmizin iqtisadi qüdrətinin artırılması, müstəqilliyinin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi, təhlükəsizliyinin təmin olunması istiqamətində məqsədyönlü şəkildə iş aparılıb. Bütün bunların nəticəsidir ki, AXC-Müsavat cütlüyündən bizə miras qalmış işğal faktı aradan qaldırılmış, onların yarıtmaz fəaliyyəti və xəyanəti nəticəsində satılmış müqəddəs torpaqlarımız 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın dəmir yumruğu və rəşadətli ordumuzun misilsiz şücaəti ilə geri alınmışdır. Ermənistanın işğalçı siyasəti nəticəsində süni şəkildə yaradılmış Dağlıq Qarabağ münaqişəsi artıq iflasa uğrayıb, tarixə qovuşub, torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz təmin olunub. Artıq yeni dövr başlayıb, qarşıda bizi yeni mühüm vəzifələr gözləyir. İşğaldan azad olunmuş ərazilərimizin bərpası, həmin torpaqlara yenidən həyatın qaytarılması, iqtisadiyyatın dirçəldilməsi, infrastrukturun kökündən əsaslı şəkildə qurulması, həmin regionun ölkə iqtisadiyyatına inteqrasiyasının təmin olunması bu istiqamətdə hazırlanmış proqramın tərkib hissələridir. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün işlərin mərhələli şəkildə təşkili nəzərdə tutulmuşdur. İlk mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, növbəti mərhələdə isə sosial xidmətlərin tətbiqi və genişləndirilməsi, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə strukturunun yaradılması, bərpa prosesinin çevik, təxirəsalınmadan və planlı şəkildə həyata keçirilməsinə zəmin yaradır. Yeni idarəetmə modelinin tətbiqinə ilk olaraq Dağlıq Qarbağımızın gözü olan Şuşada başlanılıb. Yüksək və müasir standartlarla həyata keçiriləcək bərpa-quruculuq işindən sonra Şuşa nəinki regionun, eləcə də dünyanın mədəniyyət mərkəzlərindən birinə çeviriləcək.Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsini yaradacaq.Qarabağa böyük qayıdışımızın növbəti müjdəsi Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq "ağıllı kənd" layihəsidir. Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin "yaşıl enerji" zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.

Pərvin Mahmudova,
YAP Zərdab rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər