Siyasət

  • 3 521

YAP Tovuz rayon təşkilatının üzvləri şəhid ailələri və qazilərin ziyarətini davam etdirir

image

Tovuz rayonunda şəhid ailələri və qazilərin ziyarətləri davamlı xarakter alıb. YAP Tovuz rayon təşkilatı tərəfindən keçirilən bu görüşlər zamanı şəhid ailələrinin və qazilərin problemlərinə həssaslıqla yanaşılır və həlli istiqamətində müvafiq tədbirlər görülür.

Növbəti görüşlər Tovuz şəhərində şəhid Şirinov Elmar Cəbrayıl oğlunun və Azaflı kəndində qazi Eminov Emin Elman oğlunun ailə üzvləri ilə keçirilib. Emin Eminov birinci Qarabağ müharibəsində şəhid olmuş əmisi Eminov Emin Qəzənfər oğlunun adını daşıyır.
Aparılan söhbətlər zamanı şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirmiş, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın erməni işğalımdan azad olunmasından böyük təskinlik və rahatlıq tapdıqlarını vurğulamış, ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər.Görüşün sonunda onlar bir daha əmin edilmişlər ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda etmiş bütün şəhidlərimizin ailələri və qazilərimiz daim dövlətimizin diqqət və qayğısı altındadır.

yap.org.az

Digər xəbərlər