Siyasət

  • 4 836

Zərdab rayonunda dünyaya gələn şəhid övladının qarşılanma mərasimi təşkil edilib

image

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı və Zərdab rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Hüseynxanlı kəndindən olan şəhid baş leytenant Abbasov Ağaqardaş İlham oğlunun Baku Medical Plaza klinikasında yeni doğulmuş övladının Zərdab rayonunda təntənəli qarşılanma mərasimi təşkil olunmuşdur. Mərasimdə partiya fəalları, gənclər və şəhidin yaxın qohumları iştirak etmişdirlər.YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova şəhidin Vətən qarşısındakı xidmətlərindən danışmış, onun yadigarı olan İlknur balanın ailəsi, xalqı və vətəni üçün xeyrli övlad olmasını arzulamışdır. Şəhid övladlarının daim dövlətimizin, partiyamızın, eləcə də vətənpərvər insanların diqqət mərkəzində olacağını vurğulamışdır.Baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28-i Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Qəhrəman şəhidimiz Azərbaycan Dövlət Pedaqoji Universitetini Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bitirib. Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşlərdə iştirak edib və qəhrəmanlıq göstərib. O, şəhidlik zirvəsinə ucalmazdan əvvəl doğulacaq körpəsinə İlknur adını qoyubmuş. Ağaqardaş Abbasov ötən ilin sentyabrın 28-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhid olub. Doğulduğu Zərdab rayonunda dəfn edilib.Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ağaqardaş Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

yap.org.az

Digər xəbərlər