Siyasət

  • 3 376

29 ildə ilk dəfədir ki, bu günü qələbəmizdən sonra qeyd edirik - Hafiz Paşayev

image

"Müasir Azərbaycan tarixində bu gün - Xocalı soyqırımı 29 ildir ki, qeyd olunur. Bu günün xüsusiyyəti ondan ibarətdir ki, Ermənistan Azərbaycan konfiliktində ən faciəli gündür. Erməni silahlı qüvvələrinin vəhşiliyi nəticəsində minlərlə insan öz həyatlarını qurban veriblər, bununla da adlarını tarixə yazıblar". SİA xəbər verir ki, bunu 26 Fevral Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım günündə çıxış edən Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev deyib.Onun sözlərinə görə, bu gün həmişə Azərbaycan xalqı tərəfindən yad edilir: "Anım günlərinin məqsədi odur ki, bu tarixi gənclər heç vaxt unutmasınlar. Builki anım mərasimi xüsusidir. Çünki 29 ildə ilk dəfədir ki, bu günü qələbəmizdən sonra qeyd edirik".H.Paşayev vurğulayıb ki, Azərbaycan xalqı fəxr edir ki, qəhrəman Prezidenti və qəhrəman əsgəri sayəsində bu qələbəni əldə edib: "Şəhidlərimizin hesabına bu qələbə əldə olunub. Xocalı şəhidlərinin də bu qələbədə rolu böyük olub. Çünki bu şəhidlər xalqın yaddaşını daim diri tutub. Fəxr edirəm ki, bu gün artıq qələbəmizdən sonra sonra qeyd olunur".

sia.az

Digər xəbərlər