Siyasət

  • 3 239

Xocalı soyqırımı bizdən ədalət tələb edir - Ceyhun Bayramov

image

"Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində insnların dinc, birgə yaşayışının tərəfdarıdır və bu mövqe birmənalıdır". SİA-nın məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş konfransda Xarici işlər naziri Ceyhun Bayramov deyib.Xarici işlər naziri deyib ki, beynəlxaq hüquq cinayətkarlarının məsuliyyətə cəlb olunmasını tələb edir: "Davamlı sülhün təmini üçün belə cinyaətləri törədənlərin ədalət mühakiməsi qarşısında dayanması vacibdir. Xocalı soyqırımı bizdən ədalət tələb edir. Azərbaycan dövləti Xocalı soyqırımını və digər cinayətləri törədənlərin beynəlxalq səviyyədə ədalət mühakiməsinə cəlb edilməsi üçün lazımi addımları atacaq. Bu, mülhün tərəfdarı olan hər kəsin mövqeyi olmalıdır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar bu məsələyə səssiz qalmamalı, kənar müşahidəçi kimi çıxış etməməli, prinsipial mövqe sərgiləməlidirlər".

sia.az

Digər xəbərlər