Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev

Uzun illər davam edən erməni işğalından sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin deputatı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev ATƏT-in Parlament Assambleyasının 20-ci qış iclası zamanı deyib.O qeyd edib ki, Azərbaycan Ermənistanla dinc birgə yaşayış və iqtisadi əməkdaşlıq haqqında düşünür.T.Gəncəliyev Azərbaycanın münaqişədən sonrakı mərhələyə, eyni zamanda yenidənqurma və bərpa mərhələsinə qədəm qoyduğunu bildirib. Xüsusilə, dövlət uzun müddətli işğalın yaratdığı nəticələrin aradan qaldırılması üçün artıq müəyyən tədbirlər görüb.İşğaldan əvvəl bölgə çox inkişaf etmişdi və bu gün də torpaqlar azad olunandan sonra Azərbaycan bölgənin inkişafına və bərpasına milyardlarla dollar investisiya qoymaq niyyətindədir.Onun sözlərinə görə, Azərbaycan münaqişədən zərər dəymiş ərazilərdə yaşayan erməni mənşəli vətəndaşları azərbaycanlılarla eyni hüquqlara zəmanət verərək öz siyasi və sosial-iqtisadi məkanına yenidən birləşdirməyə hazırdır.

sia.az