Siyasət

  • 3 567

Xocalı soyqırımı: insanlığa qarşı erməni cinayəti

image

İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür, böyük fəlakətlər törədirlər. Xocalı faicəsi isə Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına həkk olan, əsrlər boyunca ermənilərin xalqımıza və bütün türk dünyasına qarşı törətdikləri soyqırımların daha bir qanlı təzahürü olmaqla, yalnız xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu».1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə vəhşiləşmiş, azğınlaşmış erməni faşistləri qədim Azərbaycan torpağı olan Xocalını yerlə-yeksan etdilər, yüzlərlə günahsız, dinc insanı amansızcasına qətlə yetirdilər. İyirmi doqquz ildir ki, biz bu fəlakətin ağrı-acıları ilə nəfəs alır, onun başvermə səbəblərini araşdırır, müəmmalar qarşısında çırpınır və bir sualın cavabını axtarırıq. Xocalı soyqırımı baş verməyə bilərdimi? Ancaq həmin o müdhiş gecə baş verdi. Erməni quldurlarının, terrorçularının amansız vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 100-dən artıq sakin yaralandı və şikəst oldu. Qətl edilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaqlar, 70 nəfəri isə qocalar idi. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Azərbaycanın çox qədim yaşayış məskəni olan bu ərazi dəfələrlə erməni quldurları tərəfindən yandırılaraq dağıdılıb. 1905-1906-cı, 1917-1918-ci illərdə erməni işğalçıları Xocalıya divan tutublar. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikası və hərbçilərinin köməyi ilə 7 min əhalisi olan Xocalı şəhərinə hücum etmiş və əhalini qıraraq şəhəri yerlə yeksan etmişlər.Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı Soyqırımı törətməsindən 29 il ötür. Hər il olduğu kimi, bu il də Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən, dünyanın bir çox ölkəsində Xocalı Soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilir, soyqırımı qurbanlarının xatirəsi yad edilir, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi bu dəhşətli faciə barədə dünya ictimaiyyətinə dolğun məlumatlar verilir.Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı Soyqırımına siyasi-hüquqi qiymətin verilməsi mümkün oldu. Belə ki, Ümummilli Liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı Soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi.Son 17 illik prezidentlik fəaliyyəti hövründə Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib.Bu işdə, həmçinin, Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq bu günə kimi həyata keçirilən «Xocalıya ədalət» kampaniyasının uğurla aparılması istiqamətində sistemli işlər aparırlar. Bu gün dünyanın bir çox ölkəsi və ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını rəsmən tanıyır.Şübhəsiz ki, Xocalı soyqırımı hər bir azərbaycanlının qəlbində dərin iz salmış qanlı bir yaradır. Ancaq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımını törədənləri cəmi 44 gün ərzində Vətən müharibəsini tarixi zəfərlə başa vurmaqla qisaslarını aldılar. Erməni separatizminin utopik "böyük Ermənistan" ideyasını puç etdilər. Dövlət başçımızın dediyi kimi: "Xocalı qurbanlarının qanı II Qarabağ müharibəsində alındı". Bu sözləri Prenzident İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib.Şübhəsiz ki, Xocalı qətliamını unutmaq mümkün deyil. Amma gün gələcək Xocalı soyqırımını törədən sarkisyanlar, koçaryanlar, balayanlar ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər