Siyasət

  • 4 425

Xocalı soyqırımının ildönümünü bu dəfə qalib xalq kimi qeyd edirik ÖZƏL-ŞƏRH

image

Həqiqətən də Azərbaycan xalqı nəhayət ki, 29 ildən sonra Xocalının bu acı, qanlı ildönümünü qalib xalq kimi qeyd edir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçinin sözlərinə görə, biz uzun illərdir bu acıları, ağrıları ürəyimizdə yaşadırdıq, insanlarımız həmişə 26 fevral ərəfəsində, 26 fevral günündə o acıları təkrar-təkrar yaşayırdılar və bunun üzərinə bir də məğlub olma hissi gəlirdi.

“Biz məğlub durumda idik, torpaqlarımız işğal altında idi. Düşmən istər bizim bölgəmizdə, istərsə də qlobal səviyyədə bizə yuxarıdan aşağı baxırdı və həqiqətən də biz nə qədər inkişaf etsək də, ölkəmiz nə qədər irəli getsə də, dövlətimiz nə qədər qüdrətli olsa da, torpaqlarımız işğal altında olduğuna görə özümüzü yarımçıq hiss edirdik, əzik, əzilmiş hiss edirdik. Ona görə də bu, istər Xocalı, istərsə də digər torpaqlarımızın qisasının alınması qaçılmaz idi.Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı altında 2020-ci il sentyabrın 27-də düşmən təxribatına cavab olaraq başladılan əkshücum əməliyyatları ona gətirib çıxardı ki, biz vətən torpaqlarını büsbütün düşmənin işğalından azad etdik, Dağlıq Qarabağın bütün ərazisi azad edildi. Baxmayaraq ki, orada erməni vətəndaşları qalıb yaşayır, zatən Azərbaycan dövləti həmişə bəyan edib ki, bizim məqsədimiz erməni vətəndaşlarımızı torpaqlardan qovmaq deyil, bizim məqsədimiz işğalçı Ermənistanı Azərbaycan torpaqlarından çıxarmaqdır və 2020-ci il noyabrın 9-na artıq Ermənistan öz işğalına son qoymaq, təslim aktı imzalamaq məcburiyyətində qaldı. O gündən sonra Azərbaycan xalqı artıq qalib xalq, qalib xalqın nümayəndələri kimi bu günləri qeyd edir. Bu dəfə Xocalı soyqırımının da 29-cu ildönümünü biz qalib xalq kimi qeyd edirik. Artıq Xocalının qisası alınıb.Ali Baş Komandan Cənab İlham Əliyevin də dediyi kimi, biz ermənilərə döyüş meydanında gücümüzü göstərdik, onlarla məhz döyüş meydanında yarışdıq və qalib gəldik. Əlbəttə ki, Xocalı bizim üçün yenə də ağrılı bir yer olaraq qalacaq. Amma sevindirici bir yönü də ondan ibarətdir ki, Azərbaycan xalqı bu 29-cu ildönümünü qalib xalq kimi qeyd edir. Əlbəttə, biz bir daha dünyaya göstəririk ki, güclü olmağımıza baxmayaraq, yenə də ermənilərlə normal masa arxasında oturub danışmağa iradəmiz var və ermənilərin də bunu qiymətləndirməsi lazımdır”, deyə Azər Həsrət bildirib.

sia.az

Digər xəbərlər