Siyasət

  • 4 633

YAP Quba rayon təşkilatı idarə heyətinin videoformatda iclası keçirilib

image

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı idarə heyətinin videoformatda iclası keçirilib. İclasda YAP Quba rayon təşkilatı idarə heyətinin üzvləri iştirak ediblər. İlk olaraq Xocalı soyqırımı qurbanlarının, eləcə də ölkəmizin ərazi bütövlüyü ugrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Tədbiri YAP Quba rayon təşkilatının sədri Yusif Abidov açaraq, gündəlikdə duran məsələləri iştirakcıların diqqətinə catdirib.Y.Abidov bildirib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür: "XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Xocalı hadisələrini həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi adlandıran Heydər Əliyev şəhərin müdafiəçilərinin xidmətləri ilə bağlı sərəncam da imzalayib. Soyqırımın ildönümündə xocalılılarla görüşdə isə bu hadisəni əsrin ən dəhşətli faciəsi adlandırıb".Xocalı faciəsi bütün azərbaycanlıların dərdi, törədilən vəhşiliksə bütün bəşəriyyətə qarşı yönələn cinayətdir, deyən rayon təşkilat sədri bildirib ki, Ümummilli Liderin səyi ilə faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Dünya artıq qəbul edir ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir: "Bu cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində Ali Baş Komandanımız Cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində Ermənistanın işğal etdiyi torpaqları cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi, işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, milli ordumuzun gücü və potensialını bütün dünyaya göstərdi.Artıq Qarabağ Azərbaycandır! Bütün şəridlərimizin,o cümlədən Xocalı soyqırımı qurbanlarının qisası alındı, onların qanı yerdə qalmadı. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik".Y.Abidov rayon təşkilatı tərəfindən "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlərin davam etdiyini bildirib. Aksiya çərçivəsində təşkilat tərəfindən Vətən müharibəsində şəhid olmuş Orucov Afər Yafət oğlunun, Mikayılov Rahim Qalib oğlunun, Bayraxtarov Batdal Mikayıl oğlunun, Xələfov Cəmil Fikrət oğlunun, Babayev Taleh Xanmurad oğlunun, eləcə də qazi İsayev Sahil Bədəl oğlunun ailələrini ziyarət ediblər. Şəhidlərimizin və qazimizin ailə üzvlərini dinləyib, onların problemləri ilə maraqlanıblar. Azərbaycan dövləti və xalqımız şəhidlərimizin xatirəsini həmişə uca tutur.Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmış övladlarımızın dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilərək heç zaman unudulmayacağını bildirib. Şəhidlərimiz kimi,onların ailələri, övladları da bizim üçün çox qiymətli və dəyərlidirlər.Şəhid ailələrinin üzvləri dövlət və xalqımız tətəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdilər. Şəhidlərimizin qanlarının yerdə qalmaması, ordumuzun xalqımıza qələbə sevincinin yaşatmasına görə Cənab Prezidentimizə təşəkkürlərini çatdırdılar.İclasda Y. Abidov "COVİD -19" pandemiyasına da toxunaraq, koronovirusa qarşı mübarizə işində ölkəmizdə hal-hazırda müsbət dinamikanın müşahidə olunduğunu bildirib: "Belə ki, bu xəstəlik meydana çıxandan dərhal sonra ölkəmizdə bütün lazımı qabaqlayıcı tədbirlər görüldü ki, bunun nəticəsində Azərbaycan bu vəziyyətdən az itkilərlə çıxır. Bu işdə fədakar Azərbaycan həkimlərinin bütün tibb işçilərinin çox böyük əməyi vardır. Bu gün ölkəmizdə 46 xəstəxana ancaq koronovirus xəstələrinə xidmət göstərir. Eyni zamanda, testlərin keçirilməsi ilə əlaqədar Azərbaycanda uğurlu addımlar atılır və adambaşına düşən testlərin sayına görə ölkəmiz dünya miqyasında qabağcıl yerlərdədir. Tarix boyu bütün epidemiyalara qarşı mübarizə vaksinasiya yolu ilə aradan qaldırılıb. Bu gün artıq bu prosses dünyada başlayıb. Cənab Prezident bu vaksinasiya prossesində bütün dünya dövlətləri üçün bərabərlik prinsipinin olmasını vurğulayıb. Dünyada olduğu kimi Azərbaycanda da 2021-ci ilin yanvarın 18-də "COVİD-19"-a qarşı vaksinasiya prosesinə başlanılmışdır. Ölkəmizdə, o cümlədən rayonumuzda koronovirusa qarşı mübarizə tədbirləri davam etdirilməkdədir. Belə ki, 21 mart 2020-ci il tarixdə koronovirus "COVİD-19" –la əlaqədar YAP Quba rayon təşkilatı “sağlamlığımız milli həmrəyliyimizdir” aksiyasına qoşularaq qərargah yaratmışdır. YAP Quba rayon təşkilatı gəncləri və könüllüləri bu aksiyada fəal iştirak edərək köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkərək, onlara dəstək olmuş, koronovirusdan qorunma üsullarını onlara izah etmişlər və lazımı gigiyenik vasitələri çatdırmışlar. YAP Quba rayon təşkilatının könüllüləri Əmək və Əahalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə imkansız ailələrə ərzaq yardımlarının çatdırılmasında fəal iştirak etmişlər. Quba rayon İcra Hakimiyyəti və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə küçələrdə, inzibati binalarda mütəmadi olaraq dezinfeksiya işləri aparılıb. Hazırda rayonumuzda vaksinasiyanın koronovirusdan xilas olmağın yeganə yol olması barədə təbliğat işlərinin aparılmasında YAP Quba rayon təşkilatı gəncləri fəallıq göstərirlər".Tədbirdə YAP Quba rayon təşkilatı idarə heyətinin üzvləri - Rəxşəndə Bayramova, Elza Orucova, Habil Bayramlı, Tahir Nuriyev, Sahib Məmmədov çıxış edərək gündəlikdə duran məsələlərlə bağlı fikirlərini söyləyiblər. Qərar layihəsini oxumaq üçün söz YAP Quba rayon təşkilatı idarə heyətinin üzvü Hüseyn Kərimova verilib. YAP Quba rayon təşkilatının sədri Yusif Abidovun və rayon təşkilatının idarə heyətinin üzvlərinin çıxış və təklifləri nəzərə alınaraq gundəlikdə duran məsələlərlə bağlı qərar qəbul edilib.

sia.az

Digər xəbərlər