Siyasət

  • 4 239

Gömrük Akademiyasında "Xocalıya Zəfərlə" adlı anım tədbiri keçirilib

image

Dövlət Gömrük Komitəsinin Akademiyasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalıya Zəfərlə" adlı anım tədbiri keçirilib. "Zoom" platforması üzərindən təşkil olunan tədbirdə Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər. SİA-nın xəbərinə görə, öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.Daha sonra Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın azadlığı, ərazi bütövlüyü canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu, hadisələrin təməlində ermənilərin Azərbaycan xalqına qarşı əsrlərdən bəri məkrli niyyət və nifrətinin, işğalçılıq planlarının dayandığını deyib.O, işğal altda olan torpaqların Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduğunu bildirib. Qulu Novruzov deyib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsində xalqımızın yaşadığı məhrumiyyətlər geridə qalıb, Azərbaycan xalqı qalib xalqa çevrilib.Akademiya rəisi Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində müasir Azərbaycan gəncliyinin göstərdiyi şücaətdən söz açıb. "Bu gün hər bir Azərbaycan gənci, vətəndaşı Ulu öndərin dediyi kimi, mən fəxr edirəm ki, azərbaycanlıyam sözlərini qürurla deyə bilər" – deyə Qulu Novruzov qeyd edib. O, Xocalı soyqırımı qurbanlarının, həmçinin bütün şəhidlərin əziz xatirəsinin əbədi olaraq qəlblərdə yaşayacağını bildirib.Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı və "Hüquqşünaslıq" ixtisasının 3-cü kurs tələbəsi Cəbrayıl Məmmədzadə məruzə ilə çıxış edərək, Xocalı soyqırımının insanlıq tarixində ən qorxulu kütləvi terror aktlarından biri olduğunu bildirib, bütün bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.O da qeyd olunub ki, Xocalı soqırımına siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra verilib.İşğal altında olan torpaqların azad edilməsi üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsinin sonunda haqqın və ədalətin zəfər çalmasına bütün dünyanın şahid olduğu, Azərbaycanın möhtəşəm qələbəsinin tariximizə qızıl hərflərlə yazıldığı vurğulanıb. Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Vətən müharibəsində parlaq Qələbə qazanmaqla Xocalı soyqırımı qurbanlarının intiqamının alındığı qeyd edilib.Tədbirdə Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.Sonda tələbələr ədəbi-bədii kompozisiya təqdim ediblər. Kompozisiyada Xocalıya həsr olunmuş şeirlər səsləndirilib, həmçinin akademiyanın xor qrupunun ifasında "Azərbaycan" mahnısı təqdim edilib.

sia.az

Digər xəbərlər