Siyasət

  • 3 505

YAP Lerik rayon təşkilatının 2020-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

image

YAP Lerik rayon təşkilatının 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videoformatda hesabat yığıncağı keçirilib.Yığıncaqda rayon təşkilatının İdarə Heyəti və Şura üzvləri, ərazi ilk partiya təşkilatı sədrləri və fəal YAP üzvləri, eyni zamanda Milli Məclisin deputatı İqbal Məmmədov, YAP İcra Katibliyinin məsul əməkdaşı Ramil Mirzəyev iştirak ediblər.

Tədbirdə YAP rayon təşkilatının sədri Cəlil Baxşıyev rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə, rayon təşkilatının Qadınlar Şurasının sədri Arzu Vəliməmmədova, rayon təşkilatının Gənclər Birliyinin sədri Nüsrət Kərimov geniş məruzə ilə çıxış ediblər.
Hesabat məruzəsində bildirilib ki, son 17 ildə Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın ən yeni tarixi qızıl hərflərlə yazılır.
Qeyd olunub ki, Vətən müharibəsi zamanı rayon təşkilatı çoxsaylı üzvləri ilə xüsusi fəallıq nümayiş etdirmiş, Ali Baş Komandanımıza və müzəffər ordumuza birlik nümayiş etdirərək bir neçə könüllü aksiyalar keçirmişdir. Belə ki, 27 sentyabr 2020 və 01 yanvar 2021 ci il tarixi müddətində Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı fəallarının maliyyə dəstəyi ilə 29 şəhid ailəsinə, 26 qazi ailəsinə, 10 əsgər ailəsinə, Milli Məclisin deputatı İqbal Məmmədovun dəstəyi ilə 35 şəhid ailəsinə ərzaq, məişət malları və maddi yardım göstərilmiş, rayon təşkilatının kollektivi tərəfindən könüllü olaraq yığılan 300 manat vəsait Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna köçürülmüşdür. Keçirilən aksiyalarda ümumilikdə 58055 manat məbləğində yığılılan könüllü maddi yardımlar Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna köçürülmüşdür.
Bildirilib ki, YAP Lerik rayon təşkilatının 52 ərazi ilk partiya təşkilatı olmaqla 4202 üzvü özündə birləşdirir. Onların 879 nəfəri qadınlar, 1381 nəfəri isə gənclərdir.
Hesabat yığıncağında təşkilatın Şura üzvü Gültəkin Şıxəliyeva, ilk partiya təşkilatı sədri Qurban Ağayev, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP İcra Katibliyinin məsul əməkdaşı Ramil Mirzəyev çıxış ediblər. Çıxışlarda YAP Lerik rayon təşkiatının qabaqcıl və yüksək fəallığı ilə seçilən bir təşkilat olduğu, illik hesabatın müsbət qiymətləndirildiyi qeyd olundu və fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

yap.org.az

Digər xəbərlər