Siyasət

  • 4 052

Azərbaycan həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı

image

Qarabağda həyata keçiriləcək quruculuq işlərində keyfiyyət və qiymət amili əsas götürüləcəkdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 26-da - Xocalı soyqrımının 29-cu ildönümündə yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibədə Azərbaycan dövlətinin həm iqtisadi, həm də hərbi gücündən konkret faktlarla geniş söhbət açdı. O, həmin mətbuat konfransında Vətən müharibəsi ilə bağlı bir çox detallara aydınlıq gətirdi və 44 günlük müharibə dövründə olduğu kimi, bir daha Azərbaycanın haqq səsini bütün dünya ictimaiyyətinə çatdırdı. Otuz il ərzində Qarabağ münaqişəsi ilə məşğul olan beynəlxalq qurumların, eyni zamanda, ayrı-ayrı ölkələrin Azərbaycanın müharibədə məğlub edilmiş tərəf oduğunu, bizi reallıqla barışmağa dəvət etdiyini bildirdi. Mətbuat konfransında dünyanın aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşlarının suallarını cavablandıran Müzəffər Ali Baş Komandan isə 44 günlük müharibənin nəticələrindən çıxış edərək dedi: “Mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. İndi Ermənistan qarşısında bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər”.
Həqiqətən də noyabrın 10-dan sonra bizim bölgəmizdə və bütövlükdə dünyada tam yeni bir vəziyyət yarandı. Hər bir ölkə hazırkı vəziyyətlə barışmalıdır. Bu, bizim haqqı işimizdir, yeni bir vəziyyətdir, bizim üçün də, qonşu ölkələr üçün də. Burada həm logistik, həm texniki, həm nəqliyyat, eyni zamanda, psixoloji problemlər var. Amma möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi hər şeyin öz vaxtı, öz yeri var. Biz addım-addım öz hədəfimizə çata bilmişik və mümkün olmayanı 44 gün ərzində reallığa çevirmişik. Bunu bu gün təkcə biz yox, beynəlxalq ekspertlər də deyir. Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlar bu gün dünyanın aparıcı ölkələrinin hərbi təhsil müəssisələrində öyrənilir. Ordumuz müharibə dövründə maksimum nəticəni əldə etdi. Təbii ki, həyat yerində durmur, qarşıya çıxan bir çox məsələlər ədalətlə öz həllini tapacaqdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə öz strateji baxışını formalaşdırıb. Biz hədəflərə çatmaq üçün nə etməliyik? Bununla bağlı bizdə çox aydın baxış və təsəvvür var. Ölkəmiz müəyyənləşdirdiyi ümumi plan çərçivəsində bundan sonra da öz addımlarını atacağıq və yeni uğurlar əldə edəcəkdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ordumuzla bağlı deyir: “Bizim ordumuz daha güclü, daha müasir olmalıdır. Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə də bərabər çalışacağıq”. Bu fikirlər Azərbaycan ordusunun yeni şəraitdə hansı istiqamətdə inkişaf edəcəyini bir daha göstərir. Müasir Azərbaycan ordusunun NATO standartları səviyyəsində Türkiyə ordusunun kiçik modelinin qurulduğunu göstərir.
Ordumuz tərəfindən işğaldan azad olunumuş ərazilər minalardan təmizləndikdən sonra bu ərazilərdə yeni quruculuq işləri həyata keçiriləcəkdir. Bu istiqamətdə ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, biz geniş beynəlxalq əməkdaşlığa hazırıq. Hazırda müxtəlif tərəfdaş ölkələrin şirkətlərindən Azərbaycanda həyata keçiriləcək quruculuq işləri ilə bağlı çoxlu təkliflər var. Lakin, bir sıra başqa məsələlərdə olduğu kimi, burada da keyfiyyət və qiymət amili əsas götürüləcəkdir. Bu iki amil birlikdə bizim bu və ya digər şirkətə üstünlük verməyimiz üçün əsas şərt olacaqdır. Prezident müsahibəsində deyir: “Biz müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alırıq. Bu, şəhərlərin planlaşdırılmasına, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır. Yəni, işin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə düşünürəm ki, Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var”.
Göründüyü kimi yerli və xarici kütləvi informasiya vasitələrinin əməkdaşlarının suallarına cavab verərkən bir sıra maraq doğuran məsələlərə aydınlıq gətirdi. Hər bir Azərbaycan vətəndaşı Qarabağın yenidən qurulması istıqamətində həyata keçirdiyi şərəfli missiyanın yerinə yetirilməsində Ali Baş Komandanın ətrafında hamılıqla sıx birləşməyə hazırdır.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

yap.org.az

Digər xəbərlər