Siyasət

  • 4 180

Şəhid ailələrinə, müharibə əlillərinə qayğı göstərmək dövlət siyasətinin piroritet istiqamətlərindəndir

image

Məlumdur ki, 2020-ci təqvim ili Azərbaycan xalqının tarixinə və Azərbaycan tarixinin yaddaşına əbədi həkk oldu. Xüsusilə 27 sentyabr tarixi 30 ildir böyüyən həsrətin sonu və məğrurla gələcək nəsillərə ərmağan etdiyimiz böyük zəfər yolunun, qalibiyyət marafonunun başlandığı unudulmaz tarix oldu.

Düşmənin növbəti təxribatının qarşının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Komandanı cənab İlham Əliyevin müdrikliyi, qətiyyəti, diplomatik səriştəsi, praqmatik mövqeyi ilə müsəlləh Azərbaycan ordusunun rəşadəti və yenilməz gücü bu şanlı qələbəni şərtləndirdi. Bu, Azərbaycan xalqının 200 ilə yaxın tarixi dövrdə ən böyük qələbəsi idi.
İndi artıq qələbə ruhlu bir xalq kmi, qalib ölkənin vətəndaşı kimi günün reallıqları, dəyişən fikirlər, böyüyən arzula rvə bir də böyük Azərbaycan adına danışırıq.
Müharibələrin baş verdiyi dövrlərdə tarix göstərir ki, bütün iştirakçı dövlətlərin iqtisadiyyatı və hərbi gücü sarsılır. Baş verdiyi dövr və davam edən zaman intervalında dövlətlərdə böyük insan kütləsinin məhv oluması, həmin dövlətlərdə sosial və iqtisadi sferalarda gerilik, psixoloji cəhətdən xalqda inamsızlıq, gərginlik yaranır. İstənilən halda məğlubiyyət və qalibiyyət öz izlərini buraxır.
Müharibəni Azərbaycan xalqı 1990-cı illərin əvvələrində də yaşamışdır, bizim hərbçilərimiz , əsgərlərimiz böyük şücaət göstərmişdilər. Lakin cənab Prezidentin qeyd etdiyi ki, o zamanki rəhbərlik, xüsusilə AXC-Müsavat cütlüyünün dövründə Şuşa, Laçın, Kəlbəcər rayonu düşmənə verildi və bununla da müharibənin davam etməsi, hərbi üstünlüyün Ermənistana verilməsi imkanı yarandı.
Amma Azərbaycan xalqı bu tale ilə heç zaman barışmayıb, tarixi torpaqlarımızın bir qarışını belə düşmənə vermək niyyəti olmayıb. Əksinə, vətən həsrəti, torpaq sevgisi daha da böyüyüb. Təsadüfi deyil ki, bu dövr ərzində xalqımız müharibəyə hazırlaşırdı. Cənab Prezidentin qeyd etdiyi kimi bu heç kimə sirr deyildi. Çünki torpaqlarımız işğal altında idi. Çünki bizim haqlı mövqeyimiz ancaq tribunaların köşesində, yaxud dünyanın ən böyük nüfuzlu təşkilatlarının stolüstü sənədləri üzərində qalırdı, BMT-nin qətnamələri, ATƏT-in MİNSK qrupunun fəaliyyətsizliyi və ya etinasızlığı artıq münaqişənin sülh yolu ilə həlli olmadığını zamanla göstərirdi.
Lakin xalqımız göstərdi ki, biz torpaqlarımıza sahib çıxa bilərik, buna bizim hərbi gücümüz yetir. Bizimlə heç bir dövlət diktə ilə danışa bilməz, biz heç bir dövlətdən asılı deyilik, bizim heç bir dövlətdən iqtisadi aslılığımız yoxdur. Biz bir daha dünyaya göstərdik ki, mübarizəmiz haqqlı mübarizədir. Biz beynəlxalq təşkilatlarların, siyası aktorların 30 il edə bilmədiklərini və ya etmək istəmədiklərini 44 gün ərzində Azərbaycan ordusu etdi. Mübarizəmizi müharibənin qanunları çərçivəsində döyüş meydanında apardıq. Lakin Ermənistan Gəncə, Tərtər, Bərdə, Goranboy,Naftalan və digər şəhərlərimizi raket atəşinə tutmaqla əli silahsız mülki əhaliyə qarşı təxribatlar törətdilər. Biz isə yene də bütün təxribatların cavabını döyüş meydanında verdik.
Qalibiyyətimiz isə heç də asan başa gəlmədi. 30 il öncə o torpaqlardan əli yalın çıxan körpələr böyüyüb artıq o torpağı geri aldılar. Düşmənə layiqli cavab verməklə geri aldılar. Bütöv Azərbaycan yaratdılar. Xalqımızı, dövlətimizi müzəffər etdilər, milli iradəmizi və qürurumuzu özümüzə qaytardılar. Bu torpaqlar şəhidlərin qanı bahasına alındı. Bizim igid oğullar, qardaşlar vətənin müdafiəsi naminə fədakarcasına və qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldılar. Onlar ömürlərinin qalan hissəsini toprağa, vətənə, xalqa bağışladılar. Deyirlər “ Şəhidlər şəhid olduğu yaşda qalır, onlar heç zaman qocalmır”. Gənc yaşında qocaman tarix yazdılar, torpağa can verərək dirçəltdilər.
Bu gün Azərbaycanda şəhid ailələri, qazilərə xüsusi diqqət və qayğı göstərmək, onların sosial təminatının gücləndirilməsi dövlətin sosial siyasətinin əsas priroritetlərindəndir. Azərbaycan Respubliaksının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında 25 yanvar 2021-ci il tarixli Sərəncamı 2021-2025-ci illərdə bu kateqoriyadan olan ailələrin mənzillə təmin olunmasını nəzərdə tutur. Eləcə də YAŞAT Fondu şəhid ailələri və qazilərin problemləri, qayğıları ilə maraqlanmaq və müvafiq tədbirləri həyata keçirmək məqsədi ilə yaradılmışdır.
Ölkə başçısının paytaxtın Ramana qəsəbəsində şəhid ailələrinə və müharibə əlillərinə mənzilləri təqdim etməsi bu qayğının təzahürüdür.Yaşayış komlpeksində doqquzmərtəbəli 30 bina tikilib, kompleks 1512 mənzildən ibarətdir və bütün lazimi sosial infrastrukturla təchiz olunub.
Keçən il bu kateqoriyadan olan 1572 ailə daxil olmaqla, ümumilikdə 9200-ə yaxın ailə mənzillə təmin olunub. 2021-ci il ərzində 3 min mənzilin verilməsi nəzərdə tutulub. 2021-2025-ci il ərzində isə həm birinci Qarabağ müharibəsi, həm Vətən müharibəsində iştirak edən 11 mindən artıq şəhid və müharibə əlillərin ailələrinin mənzillə təmin olunması qarşıda duran ən vacib məsələdir. Şağan qəsəbəsində əsaslı təmirdən sonra açılmış reabilitasiya mərkəzində qazilərin müalicələri davam edəcək. Hazırda bir neçə qazimiz protezlə təmin olunub, 300-ə qədər ayaqını itirmiş qazilərimizin protezlə təmin olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.
Bunlarla paralel olaraq, işğaldan azad olunmuş ərazilərdə sosial layihələr də həyata keçirilir, yollar çəkilir, mədəni və tarixi binalar bərpa olunur.
“2021-2025-ci illərə dair sosial-iqtisadi İnkişaf Strategiyası”nın hazırlanması məqsədi ilə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış üzrə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasitya üzrə alt işçi Qrup yaradılmışdır.
30 il xalqımızı nə qədər səbrli olmağa vadar etmişdirsə də, eləcə də həm mənəvi, həm psixoloji cəhətdən böyük bir qələbəyə kökləmişdir. Xalqımız ön cəbhədə silaha, arxa cəbhədə isə birliyə silahlanmışdı. Həm döyüş meydanında, həm informasiya müharibəsində xalq-dövlət tandemi qələbəmizi şərtləndirən ən ali dəyər idi.

Ləman Yüzbaşova
YAP Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının sədri

yap.org.az

Digər xəbərlər