Siyasət

  • 4 253

“Cənab Prezident yorulmadan haqq səsimizi bütün dünyaya çatdırır” ÖZƏL-MÜNASİBƏT

image

“Cənab Prezident 4 fərqli dildə, 4 saat sürən konfrans ilə bütün dünyanın diqqətini özünə cəmləmişdir. Bununla bir daha özü böyük rəğbət qazanmışdır. Bütün media nümayəndələrinin suallarına yorulmadan verdiyi müsahibələr onu göstərir ki, Cənab Prezident daima media sahəsinə öz böyük diqqətini vermişdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Azərbaycanın maraqlarının dünyada təmin olunması və həqiqətlərinin bir daha dünya xalqlarına çatdırılması baxımından önəmini şərh edərkən deyib.E.Səlimov bildirib ki, Cənab Prezident yorulmadan bu gün Azərbaycanı bütün dünyada tanıdır, bizim haqq səsimizi hər kəsə çatdırır: “Bu, bizim üçün çox böyük bir müsbət addımdır. Bizim maraqlarımızın təmin olunması Ali Baş Komandanın qarşısında olan ilk məqsəddir. Bunu Onun yorulmadan gördüyü iş fəaliyyətindən çox rahat anlamaq olur. İnşallah Azərbaycan öz haqq səsini bütün dünyaya çatdırmağı bacaracaq və öz maraqlarını təmin edəcəkdir”.

sia.az

Digər xəbərlər