YAP Qusar rayon təşkilatı Qadınlar Şurasının üzvləri şəhid ailələrini ziyarət ediblər

Ölkəmizdə Vətən müharibəsi şəhidlərinin ailələrinə və əlil olmuş hərbi qulluqçulara xüsusi diqqətlə yanaşılır və onların sosial şəraitinin yaxşılaşdırılması məqsədilə müxtəlif qərarlar icra olunur.

YAP Qusar rayon təşkilatı da şəhid ailələrinin və qazilərin qayğılarını diqqətlə öyrənmək və onların problemlərinin həllinə nail olmaq üçün müxtəlif tədbirləri həyata keçirir.
Belə ki, YAP Qusar rayon təşkilatının Qadınlar Şurasının üzvləri rayonun Bədirqala və Həsənqala kəndlərində şəhid ailələrini ziyarət etmişdir.Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant Niftəliyev İlyas Güloğlan oğlu "Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə","Hərbi xidmətlərə görə" və kiçik çavuş İsmayılov Orxan Qədim oğlu isə "Vətən uğrunda" medalı təltif olunmuşdur.
Şəhid ailələri ilə görüşən təşkilatın Qadınlar Şurasının üzvləri onların həmişə dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.Səmimi görüşdən razılıqlarını bildirən şəhid valideynləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq etmişlər.

yap.org.az