Siyasət

  • 4 363

Vətəni, milləti satan radikallar hansı üzlə ədalətdən dəm vururlar?

image

Çünki tarix dəyişmir...

Satqın üçün hər şey - satlıq maldır. Xüsusilə də, 28 ildir ki, "müxalifətçiyəm",-deyib duran, satqınlıq “emblemi” olan, Qərb dairələrinin çirkin, ölkəmizin mənafeyinə zidd olan oyunlarında yer almağı daha üstün tutan satqınlar yuvası olan AXCP-«Milli Şura» öz "mübarizəsini" yalnız qara piar kampaniyalarının əsasında qurur, istər müxalif mətbuatında, istərsə də sosial şəbəkələrdə yalan rəqəmlərlə çıxış etməklə dividend qazanmağa çalışaraq çəkinmədən xalqın adından danışır, özünü şişirtməyə çalışır. Təəssüf ki, belələri siyasi mübarizə anlayışını yalnız qeyri-sivil metodların arasında axtarır, əksər hallarda ölkənin qanunlarını pozmağı siyasi mübarizə ilə sinonimləşdirir. Hətta bir çox məqamlarda öz keçmişini, indisini, atdığı addımları, etdiyi səhvləri belə unudur, ölkənin, millətin düşmənləri ilə isti münasibətlər quraraq "dostluq sazişləri" bağlayır, ölkənin inkişafının təminatı olan, demokratik cəmiyyətin qurulması uğrunda illər uzunu planlı iş aparan, hüquqi dövlət quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirən Azərbaycan hakimiyyətinə qara yaxmaqdan əl çəkmirlər. Öz təbliğatını gördüyü və ya görəcəyi işlərlə deyil, hakimiyyətin üstünə böhtan atmaq «planı» üzərində quran isa qəmbərlər, əli kərimlilər, cəmil həsənlilər, arif hacılar, gültəkin hacıbəylilər, leyla yunuslar, sevinc osmanqızılar və onların ətrafı bir anlıq geriyə çevrilib öz ətraflarına diqqət salsalar, nəyin şahidi olacaqlarını yaxşı bilərlər. Amma onlar geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər. 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəy: "Rüşvət alanda milyonlarla dollar alırsan, heç olmasa yüz minlərlə al, beş manat al, insafla al. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək...". Və bu gün sosial şəbəkələrdə Vətənini, torpağını satılıb-satan AXCP sədri Əli Kərimli, "Milli Şura" deyilən satqınlar yuvasına sədrlik edən, saçına, "başına" hörmət etməyən Cəmil Həsənli həyasızcasına AXC-Müsavatla bağlı dövlət başçısının dediyi real faktları özlərinə sərf edən formada "təhlil" edərək bu günkü uğurlara kölgə salmağa çalışırlar.
Faktı saxtalaşdırmaq olmaz...
Ancaq bugün radikal müxalifətin 28 il ərzində xəyanətkar, cinayətkar əməllərinin üstündən özləri xətt çəksə də, xalq bu tarixin şahididir. Dövlət başçımız dəfələrlə çıxışlarında, müraciətlərində, işğaldan azad olunmuş torpaqlara tarixi səfərləri zaman bildirib ki, bu gün işğaldan azad etdiyimiz torpaqları AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduqları dövrdə satıblar.Dövlət başçımız bildirib ki, bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır: “Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. O, əvvəlki hakimiyyəti yıxmaq üçün ən çirkin, ən xəyanətkar əməllərə əl atdı, Şuşanı ermənilərə təhvil verdi. Hərbçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əfsuslar olsun ki, belə də oldu. 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi. Ondan sonra nə etdilər? Ondan sonra ölkəmizi dağıtmağa başladılar”.
Radikal müxalifət eyni ilə erməni vandal siyasəti aparır
Əsaslanaraq deyək ki, İkincir Qarabağ müharibəsinin ilk başladığı gündən qələbə qazanmağımızı böyük sevinc və əhval-ruhiyyə ilə qeyd edən xalqımızın keçirdiyi yürüş zamanı AXCP-“Milli Şura”-Müsavat satqınları Milli Məclisin binasına hücum edərək vandal edərək öz xislətlərini bir daha göstərdilər. Bu təəccüb də doğurmur. Azərbacan xalqı onları yaxşı tanıyır. Ona görə bu tarixi hər kəs bilməlidir. Çünki Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətləri 28 ildir ki, davam edir.Dövlət başçımızın dediyi kimi: “Qorxaqlıq, satqınlıq, fərarilik. Başqa ad yoxdur. Hamı da bunu bilməlidir. O birilər nə etdilər? O vaxtkı dövlət katibi indi özünü guya müxalifət adlandırır. Amma o hansı müxalifətdir Azərbaycan xalqı yaxşı bilir. Onların tərbiyəsi, mərifəti, addımları nədən ibarətdir, indi bütün vətəndaşlar internetdə görürlər. Mən demişəm ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır”.Kimdir bunlar? Xalq düşmənləri! Çünki bu o kəslərdir ki, Azərbaycanın uğurlarını həzm edə bilmir, probdlemlərinə sevinirlər. Dövlət başçımızın dediyi kimi: “Görün, nəyə sevinirlər! Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna kim sevinir? Bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura. Neftin qiyməti 14 dollara düşəndə, axı insanlar bundan əziyyət çəkəcək, problemlər yaranacaq, sosial sahədə problemlər yaşana bilər, iqtisadiyyatımız yavaşıyar. Amma bu onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Bax, onlar o vaxt da bu prinsiplə yaşayırdılar. Ona görə torpaqlarımızı əldən verdilər. Dövlət katibi o vaxt prezidentlə bir yerdə fərarilik edib. O da getdi gizləndi Kələkidə. Parlamentin sədri fərarilik etdi. Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Hər kəs bunu bilməlidir, heç kim bunu unutmamalıdır”.Xalqa, dövlətə xəyanət edən xaindir. Xalq bu özünü "müxalifətçiyəm" deyənlərin xəyanətini unutmayıb və bundan sonra da unutmayacaq. Və bu gün bu xainlər, satqınlar Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və bu kimi fərdlərdir ki, sosial şəbəkələrdə bütün dünyanı ağuşuna alan kornavirusa qarşı ən düşünülmüş addamı atan dövlətimizin apardığı uğurlu nəticələrə qarşı çıxaraq süni səs-küy, böhtanlar yağdırmaqla xalq, millət sevgisi qanacaqlarına ümid edirlər. Ancaq anlamırlar ki, xalqın birə-on nifrətini qazanırlar. Çünki tarix unudlumur. Əgər sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi "siyasi mübarizə" adlandıraraq özlərini “əsl müxalifətçi” hesab edirlərsə, o zaman susmaq haraya qədər? Göründyü kimi, radikal müxalifət başqa cürə də hərəkət edə bilməz, çünki onlar əsl simalarını nümayiş etdirirlər. Ancaq bu parazitlr anlamırlar ki, "sirkə nə qədər tünd olsa, öz qabını çatladacaq". Çünki onlar erməni lobbisinin göstərişlərinə uyğun idarə olunurlar və sözsüz ki, Vətən, millət, dövlət, xalq anlayışı belə şəxslərə yaddır. Və bütün bunlardan sonra istər Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və bu kimi satqınların Azərbaycan xalqı adından danışmağa, ümumiyyətlə, bu ölkədə yaşamağa hüququ varmı...?! Artıq bu sualın da cavabını hüquq-mühafizə orqanları versələr, daha yaxşı olardı. Çünki bu məsələ get-gedə daha çox qabarmaqdadır...Və xalqımız əmin olsunlar ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar.

sia.az

Digər xəbərlər