Siyasət

  • 3 522

Yurddaş Partiyası YAP-a birləşmək üçün müraciət etdi TƏKLİF

image

Azərbaycan Yurddaş Partiyası (AYP) martın 1-də keçirdiyi qurultayı zamanı bu siyasi təşkilatın Yeni Azərbaycan Partiyasına (YAP) birləşməsi barədə qərar qəbul edib. Artıq partiyanın sözügedən təkliflə bağlı müraciəti hakim partiyaya təqdim olunub və müraciətə müsbət cavabın veriləcəyi gözlənilir. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Gülay Səfərova bildirib.Xatırladaq ki, Gülay Səfərova Yurddaş Partiyasının mərhum sədri Mais Səfərlinin bacısıdır. Milli Məclisin II çağırış (2000-2005) deputatı olan və 1993-cü ildən Azərbaycan Yurddaş Partiyasının sədri olan Mais Səfərli ötən ilin dekabrında 62 yaşında koronavirusa yoluxaraq vəfat edib.Qeyd edək ki, Gülay Səfərova ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyəti ilə seçilən tanınmış şəxslərdəndir və o, eyni zamanda “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri kimi də fəaliyyət göstərir.

sia.az

Digər xəbərlər