Siyasət

  • 2 976

"Bu YAP-da idarəçiliyə ciddi təsir göstərəcək" DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

“Bu gün regionda, eləcə də dünyada ciddi proseslər gedir. İnkişaf etmiş ölkələr bu prosesləri izləyərək ardıcıl və çevik qərarlar qəbul edirlər. Prosesləri zamanında təhlil edərək uyğun qərarlar qəbul edə bilən ölkələr gələcək inkişaflarını və təhlükəsizliklərini təmin edə bilirlər. Bu baxımdan Yeni Azərbaycan Partiyasının son qurultayı xüsusi əhəmiyyət daşıyır”. Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.Deputatın sözlərinə görə, YAP-ın son qurultayı Prezident İlham Əliyevin konseptual çıxışı ilə yadda qaldı: “Prezident İlham Əliyev çıxışında Azərbaycan ictimaiyyəti üçün xüsusi önəm daşıyan bir çox vacib məqamlara toxundu. Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət olduğunu xüsusi qeyd etdi. O dövrdə baş verən hadisələri geniş təhlil etdi, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında oynadığı mühüm rola xüsusi toxundu. Prezident İlham Əliyev Dağlı Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı proseslərə də geniş toxundu. Bu qələbədə Azərbaycan xalqının, xüsusilə də gənclərin oynadığı rolu xüsusi vurğuladı.Onu da qeyd edim ki, Yeni Azərbaycan Partiyasının son qurultayı bir sıra aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Partiyada bir sıra mühüm struktur dəyişikliklər baş verdi. Bu baxımdan Mehriban xanım Əliyevanın partiyanın rəhbərliyində təmsil olunması, yeni gənc kadrların İdarə heyətinə daxil edilməsi partiyanın inkişafına öz ciddi töhfəsini verəcək. Bu həm də Yeni Azərbaycan Partiyasında idarəçiliyə ciddi təsir göstərəcək.Partiyada qəbul edilən mühüm qərarlardan biri Veteranlar Şurasının yaradılması idi. Bu quruma partiyanın inkişafında ciddi rol oynayan şəxslər daxil edildilər. Bu məsələ ilə bağlı Prezident İlham Əliyev bir sıra vacib məqamlara toxundu. Bu Şurada olan insanların Azərbaycanın ictimai həyatında zamanında oynadığı rolu xüsusi qeyd etdi.Hesab edirəm ki, son qurultay Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə sayılır. Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında öz nüfuzunu və mövqeyini qoruyaraq ölkəmizin inkişafına öz ciddi töhfəsini verəcək”.

sia.az

Digər xəbərlər