PDF Oxu

Siyasət

  • 4 612

Əli Kərimli özlərini feminist adlandıranlara niyə və necə dəstək göstərir? TƏRS BAXIŞ

Əli Kərimli özlərini feminist adlandıranlara niyə və necə dəstək göstərir? TƏRS BAXIŞ

Yaxud, vaxtilə Nərmin Şahmarzadə bu dəfə də ifşa olundu

AXCP sədri Əli Kərimlinin yalnız şəxsi mənfəəti və kirli siyasi maraqları üçün fəaliyyət göstərməsi kimsəyə sirr deyil. Ümumiyyətlə, gənclərin həyatlarını zəhərləməklə, taleləri ilə oynamaqla, həbslərə atdırıb üzərlərindən çirkin siyasət yürütməklə hələ də özünü ictimai rəyə zorla sırımağa çalışan bu ünsürün indi də özlərini feminist adlandıran küçə sevdalılarına dəstək göstərməsi, əslində, təəccüb doğurmur. Çünki Əli Kərimlinin maraqlarında milli-mənəvi dəyərlərin, insan həyatının heç bir önəminin olmadığı da sirr deyil...
Əli Kərimli ilə Nərmin Şahmarzadə arasında heç bir fərq yoxdur!
Lakin daha bir fakt budur ki, Nərmin Şahmarzadə və onun xaç anası Xədicə İsmayıl qəhrəman zabitimiz Ramil Səfərovu bayrağımızın şərəfini qorumaq məqsədi ilə erməni zabitini cəhənnəmə göndərərkən onu “qatil”, “terrorçu” adlandırmaqla xalqın hiddətinə tuş gələndə də AXCP sədri həmin adamlara qahmar çıxdı, üstəlik, bu gün də həmin dəstəyini göstərməkdə davam edir. Yəni sübut etdi ki, onun üçün milli-mənəvi dəyərlərin olmadığı kimi, dövlətçilik maraqları da heç bir əhəmiyyət daşımır. Belə də deyə biərik ki, Əli Kərimli ilə Nərmin Şahmarzadə arasında heç bir fərq yoxdur!Yəni, əgər bu gün kimlərsə Əli Kərimli tərəfindən dəstəklənirlərsə, onların bir-birlərindən heç bir fərqlərinin olmadığını da deyə bilərik. Misal üçün, əgər AXCP sədri Nərmin Şahmarzadədən yana çıxış edirsə, feminist adlandırılan küçəbaz tərbiyəsizləri, əxlaqsızları özünə bab sayırsa, demək ki, onlar arasında xeyli bənzərliklər mövcuddur. Necə deyərlər, atı-atın yanına bağlasan həmrəng olmasalar da, həmxasiyyət olarlar.
Nərmin Şahmarzadə: “Pulsuz iş görmürəm özün də bilirsən, özünü öldürür, cəhənnəmə öldürsün, heç olmasa yenə məşhurlaşarıq onun şotuna”
Gələk əsas məsələyə. Məlum olub ki, siyasi həyasızlıqla, əxlaqımıza zidd olan fəaliyyəti ilə gündə bir hoqqadan çıxan, bu vasitə ilə məşhurlaşacağını zənn edən Şahmarzadə sən demə insani hisslərə də malik deyilmiş. Təqdim etdiyimiz foto Nərmin Şahmarzadənin digər biri ilə yazışmasına aiddir. Hər dəfə guya qadınları müdafiə etdiyini iddia edən Nərmin Şahmarzadə bu yazışması ilə əslində, 8 Mart - Beynəlxalq Qadınlar Günündə feminist adı ilə küçələrə çıxanların hər birini ifşa etmiş olub və sübut edib ki, o və yandaşları əslində insana lazım olan ən adi keyfiyyətlərə belə sahib deyilmişlər.Fotodan da görünür ki, Nərmin Şahmarzadə psixoloji dəstəyə ehtiyacı olan gənc xanımın özünü öldürmək istəyinə istehza ilə yanaşır, hətta onun intiharı hesabına məhşurlaşmaq arzusunu da gizlətmir. Hətta cəhənnəmə belə yollayaraq bir insan həyatına etinasızlığını ortaya qoyur.
Özünə hörmət qoyan, səviyyəsini saxlayan heç bir azərbaycanlı bu cür ünsürlərə dəstək göstərməz və göstərmir də
Əgər o “qadın hüquqlarını müdafiə etdiyini” iddia edirsə, bu cürmü edir? Və ya 50 manata görə başqa bir insanın öz həyatına qıyması təhlükəsinə göz yummaqla sübut etmirmi ki, bu ünsür həm də insan cildinə girmiş qeyri-insandır? Lakin AXCP sədri məhz həmin bu Nərmin adlı qeyri-insana qahmar çıxır, onu öz təbirincə “mübariz”, “qətiyyətli” fərd olaraq zorla ictimai rəyə sırımağa çalışır. Hər halda özünə hörmət qoyan, səviyyəsini saxlayan heç bir azərbaycanlı bu cür ünsürlərə dəstək göstərməz və göstərmir də. Qaldı ki, Əli Kərimlinin, Nərmin Şahmarzadənin ətrafındakı beş-üç nəfər klounada şoumenlərinə, onların cəzasını da xalq verib – belələrini rədd etməklə və s.

sia.az

Digər xəbərlər