Araik Aryutyunyan isə əlini-qolunu sallaya-sallaya, kefi istədiyi kimi gəzir
Qarabağda quldur və separatçı rejimin Rusiya sülhməramlılarının nəzarəti və himayəsi altındakı bölgələrində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı aşıq-aşkar təxribat planları icra olubnmaqda davam edir. SİA xəbər verir ki, saxta “dqr”in quldur “prezidenti” Araik Aryutyunyan bu dəfə Xocavənd rayonunun Qırmızı Bazar kəndinə gedərək, hər şeyə rəğmən kəndi “qoruyub saxladıqlarını” və icmanın rahatlığı üçün orada abadlıq işlərinin görüləcəyini bildirib, üstəlik yerli erməni sakinlərlə də görüşərək onlara vədlər verib ki, artıq onlar üçün 140 ev tikiləcək (?!)Videoya aşağıdakı linkə tıklamaqla, yaxud yazmaqla baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=7WVglRNHxqo
Təxirəsalınmaz yarım məqsədi ilə Xankəndidə fəaliyyət göstərəcək “mərkəz” qonaqların (?!) və yerli sakinlərin xidmətində dayanacaq
Lakin bu da son təxribat xarakterli addım deyil. Növbəti bənzər addım bugünlərdə “dqr”də həbri xidmət keçəcək hərbi qulluqçuların andiçmə mərasimləri də keçirilib, hətta bununla bağlı rəsmi tədbir də baş tutub.Ərazi bütövlüyümüzə qarşı törədilən daha bir təxribat isə “dqr”in “prezident aparatında” 119 saylı “qaynar xəttin” yaradılması ilə bağlıdır. Erməni mətbuatının yazdığına görə, təxirəsalınmaz yarım məqsədi ilə Xankəndidə fəaliyyət göstərəcək “mərkəz” qonaqların (?!) və yerli sakinlərin xidmətində dayanacaq.“Məqsəd, vətəndaşların və qonaqların müraciətlərinə daha effetkli yanaşmaq, həmçinin onların təklif və tələblərinə, verdikləri suallarına zamanında reaksiya göstərməkdən ibarətdir. İş saatının rejimi bazar ertəsindən cümə gününə qədər saat 09:00-dan 18:00-a qədərdir”, verilən elanda o da bildirilir ki, sosial məsələlərlə bağlı “əmək nazirliyinin” və “artsax respublikasının” sosial və miqrasiya xidmətlərinin “qaynar xəttinə” zəng edilməsi tövsiyə olunur.
Xatırladaq ki, quldur rejimin başçısı Araik Aryutyunyan İnterpolun qırmızı xətti ilə axtarışdadır və onun Azərbaycanın ərazilərindəki özbaşınalıqları hələ də davam edir
Beləliklə, fakt budur ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın müddəaları açıq-aydın şəkildə və kobudcasına pozulmaqda davam edir, eləcə də baş verən qanunsuzluqlarla bağlı Rusiya SM kontingenti ümumiyyətlə heç bir fəaliyyət göstərmir.Xatırladaq ki, quldur rejimin başçısı Araik Aryutyunyan İnterpolun qırmızı xətti ilə axtarışdadır və onun Azərbaycanın ərazilərində davam etdirdiyi özbaşınalıqları hələ də davam edir, onunla bağlı tələb edilən hüquqi addımlar realizə olunmur.Xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev istər əvvəllər, istərsə də sonrakı müddətdə səsləndirdiyi bəyanatlarında Rusiya SM-nın etinasızlıqlarını sərt şəkildə tənqid edib və Bəyanatda mövcud olan müddəaların kobudcasına pozulduğunu bildirib. Dövlətimizin başçısı bu barədə mövcud olan faktlar haqqında xarici KİV nümayəndələri üçün təşkil edilən mətbuat konfransında da vurğulayıb.
sia.az