Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır.1991-ci ildə Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat birliyinin səriştəsizliyi nəticəsində ölkədə anarxiya, xaos hökm sürürdü. Əslində, xalq ilə hakimiyyət arasında böyük uçurum yaranmışdı. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir zamanda dövlətə və xalqa rəhbərlik etmək üçün güclü bir siyasi liderə ehtiyac var idi. Bu siyasi Lider isə Ulu Öndər Heydər Əliyev idi.Azərbaycanı bütün təhlükələrdən qoruya bilən siyasi Liderin Heydər Əliyev olduğunu düşünən 91 nəfər Azərbaycan ziyalısı Ulu Öndərə müraciət etdi. Azərbaycan ziyalılarının “Azərbaycan sizin sözünüzü gözləyir” müraciətinə dahi şəxsiyyət “Yeni, müstəqil Azərbaycan uğrunda “ bağlıqlı cavab verdi. Beləliklə, 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu Öndər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə əbədi olaraq bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında məhz bu tarixi hadisələrə toxunaraq qeyd etmişdir ki, “Biz bu tarixi dəqiq bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə də bu tarixlə bağlı geniş məlumatlar verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşdürməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı”. O tarixi dövrdən 29 il keçməsinə baxmayaraq rayon təşkilatının yaranmasında iştirak edən bir şəxs kimi bu dövr barədə gənc nəslə ətraflı məlumat verərək, Azərbaycan xalqının bu bəladan qurtarılmasında misilsiz xidmətləri olan Ulu Öndərin siyasi fəaliyyəti barədə geniş məlumat çatdırıram.Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət ölkə Prezidenti cənb İlham Əliyev tərəfindən bu gün də dinamik inkişafla həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət 17 ili ərzində Azərbaycanı nəinki regionda, eyni zamanda dünya miqyasında qabaqcıl bir ölkə kimi tanıtdırmışdır. İqtisadiyyatın dinamik inkişafı, aparılan uğurlu islahatlar, ordu quruculuğu, milli birlik sahəsində həyata keçirilən uğurlu siyasət bugünkü Azərbaycanın ən böyük uğurlarındandır. Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən Müharibəsi dövründə qazanılan qələbə bu aparılan islahatlar nəticəsində qazanıldı.2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz əzəli və əbədi Azərbaycan torpaqlarını erməni faşistlərindən azad etdi və ərazi bütövlüyümüzü təmin etdi. Bu gün Azərbaycan XXI əsrdə dünyada yeni reallıqlar yaradan bir xalq kimi, qalib bir xalq kimi, regionda daha çox hesablaşılan bir ölkə kimi qəbul olunur. Yeni Azərbaycan Partiyasının VII qurultayı bütün partiya üzvləri qarşısında böyük vəzifələr və tələblər qoydu. Partiyanın ənənəvi funksiyalarından bəhrələnmək və yeni çağırışlara cavab verməklə, gənc və orta nəsildən olan şəxslərin siyasi cəhətdan daha da püxtələşməsi, onların yüksək davramış nümayiş etdirməsi kimi bir vəzifəni qarşıya qoymuşdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən qərarlar hər bir partiya üzvü üçün gələcək fəaliyyətində proqram sənədi olmalıdır.
Əjdər Niftiyev
YAP Biləsuvar rayon təşkilatı İdarə Heyətinin üzvü
sia.az