“Azərbaycanda baş verən hadisələr, verilən qərarlar, atılan addımların uğurunun arxasında qərarların zamanında qəbul edilməsidir. Və bu gün atılan hər hansı addım 1 il, 2 il və hətta deyərdim ki, 1 ay öncə atılsaydı, bu qədər effektiv nəticə əldə etmək olmazdı. Bütün bunlar ölkə başçısının düşünülmüş, uzaqgörən siyasətindən irəli gəlir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin mart ayının 5-də keçirilən partiyanın VII qurultayında ölkənin siyasi sistemində yaranmış dialoqun yeni mərhələsinin inkişafında geniş imkanların, yeni siyasi imicin formalaşmasında tam zamanında verilən tarixi qərardır”. Bu fikirləri YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov SİA-ya açıqlamasında bildirib.Əli Hüseynov möhtərəm Prezident İlham Əliyevin qurultayda nitqlərinin həm partiya və həm də dövlətçilik tarixi üçün çox böyük və önəmli əhəmiyyət kəsb etdiyini söyləyib: “Tarixi zərurətdən irəli gələn və Azərbaycanda müstəqilliyin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, monolit siyasi təşkilat olaraq ötən müddətdə yüksək nüfuz qazanaraq siyasi mübarizələrlə dolu şərəfli yol keçmişdir. Artıq monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilata çevrilən, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirir”.Ə.Hüseynov Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsinin ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə olduğunun bildirərək vurğulayıb ki, son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Vətən müharibəsi möhtəşəm qələbə qazandı: “Partiyamızın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi ölkəmizdə və regionda yaranmış yeni reallıqlarla bağlıdır. Böyük qürur hissi ilə söyləməliyik ki, yeni reallıqların yaranmasında Vətən müharibəsi nəticəsində qazanılmış möhtəşəm zəfər, torpaqlarımızın işğaldan azad edilməsi və son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü dövlətə çevrilməsi, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin güclənməsi əsas rol oynayır”.6 siyasi partiyanın YAP-la birləşməsinin ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşməsinin göstəricisi olduğunu deyən Ə.Hüseynov onu da söyləyib ki, bu partiyamızın daha güclü olmasına imkan verəcək: “Bu, ölkədə həmrəyliyin və milli birliyin möhkəmlənməsinə, dövlətimizin müstəqilliyinin sarsılmaz və əbədi olmasında dövlət siyasətinin geniş ictimaiyyətə çatdırılması və təbliğ edilməsində aktiv fəaliyyətə başlanmasını tələb edir. YAP ümumxalq partiyasına çevrilmişdir. Məhz 6 siyasi partiyanın YAP-a birləşməsinə müraciət etməsi və birləşməsi partiyamızın gücünü daha da artıracaq və dövlətimizin uğurlarının davamlı olmasına töhfə verəcəkdir. Bu hadisəyə həmçinin sivil inteqrasiya, təkamül yoluyla təmərküzləşmə və ən nəhayət, siyasi həmrəylik nümunəsi kimi də baxmaq olar. Həmçinin, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış, Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi indi ölkənin siyasi qüvvələri ilə daha fəal əməkdaşlıq mərhələsinə keçir. Beləliklə, ölkənin yeni siyasi sisteminin formalaşması prosesi davam edir və yaxın zaman üçün cəmiyyətin daha da demokratikləşməsi siyasi xətti həyata keçirilir. Siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətə səbəb olacaq qoşulma nümunəsi müxalifətdə olan partiyalar üçün də bir nümunədir. Və müxalifət anlamalıdır ki, YAP qurultaydan yenilənmiş şəkildə çıxır. Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar YAP-ın gücündən və elektoratın potensialından xəbər verir. Bütövlükdə hesab edirəm ki, YAP ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin nümunəsinə çevrilir”.
sia.az