PDF Oxu

Siyasət

  • 11 642

Zəngəzur dəhlizi: hansı ölkəyə necə səmərə verəcək? GEOSİYASƏT

Zəngəzur dəhlizi: hansı ölkəyə necə səmərə verəcək? GEOSİYASƏT

Və ya Ermənistan ictimai-siyasi rəyinin təlaşına səbəb olan faktorlar nədən ibarətdir?

Cənubi Qafqazda kommunikasiyaların açılması mümkünlüyü bir sıra ölkələrdə bu və ya digər şəkildə alqışlansa da Ermənistanı təmsil edən bir sıra ictimai şəxslər - politoloqlar və siyasətçilər buna qarşı çıxmaqda davam edirlər. Baxmayaraq ki, rəsmi İrəvan buna qarşı deyil, belə ki, Azərbaycan-Rusiya və Ermənistanın baş nazir müavinlərinin təmsil edildiyi üçtərəfli işçi qrup tərkibində bu istiqamətdə işlər davam etdirilir. Bu zaman sual edilir ki, erməni iqtidarını çıxmaq şərti ilə ölkənin ictimai-siyasi rəyini, daha dəqiq ifadə edərsək, revanşist müxalifət kəsimini narahat edən nədir? Çünki erməni KİV-ləri və sosial şəbəkələri bir məsələnin – Zəngəzur dəhlizinin açılması üzərinə dayanırlar. “Sünik” adlandırılan vilayətin itirilməsi təhlükəsi, eləcə də Naxçıvanın daha güclü regiona çevirlməsi üzərində təlaş keçirən ermənilər ölkələrinin kommunikasiyaların açılması üçün vəsaitlərinin olmamasını da əsas gətirməklə yatırımların Azərbaycan, Türkiyə və Rusiya tərəfindən qoyulacağını bildirir, bunun isə Ermənistana heç bir yararının olmayacağını və s. iddia edirlər.
Marina Lapenko: “Dağlıq Qarabağ ətrafındakı münaqişələr Ermənistanı iqtisadi blokadaya, onilliklər boyu formalaşmış əlaqələrin itirilməsinə gətirib-çıxarıb və Cənubi Qafqazın nəqliyyat-logistik sisteminin işgüzar fəallığını otuz il gecikdirib”
SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı Rusiyanın “Avrasiya-Volqayanı” İnformasiya-analitik mərkəzinin direktoru Marina Lapenko “Caliber” informasiya portalına verdiyi müsahibəsində bildirib ki, ilk və ən ciddi çağırış Ermənistanın əməkdaşlığa hazır olması məsələsidir.“İkinci proeblem isə silahlı münaqişədən, eləcə də böyük insan itkilərindən sonra Ermənistan ictimaiyyətinin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsindəki düşüncəsidir”, deyə ekspertin sözlərinə görə tələb edilən çağırışlardan biri də Azərbaycanla Ermənistanın dövlət sərhədlərinin müəyyənləşməsi, həmçinin nəqliyyat-keçid məntəqələridir ki, həmin məntəqələrə Rusiyanın xüsusi xidmətləri və sərhəd qoşunları nəzarət edəcəklər.Belə bir vəziyyətin Ermənistanda əsəbi reaksiya yaradacağı ehtimalına gəlincə, Mariya Lapenko qeyd edib ki, hər şey erməni siyasi elitasının siyasi iradəsindən asılıdır.Geosiyasi kontekstdən də yanaşma edən rusiyalı ekspert region ölkələrinin nə udub, nə uduzacaqları amilinə də toxunub. Onun sözlərinə görə müasir münaqişələr özünün uzunmüddətli xarakterləri ilə seçilirlər və bu da nəticə etibarı ilə iqtisadi-ticari əlaqələrə kifayət qədər ziyan vurur. SİTAT: “Dağlıq Qarabağ ətrafındakı münaqişələr Ermənistanı iqtisadi blokadaya, onilliklər boyu formalaşmış əlaqələrin itirilməsinə gətirib-çıxarıb və Cənubi Qafqazın nəqliyyat-logistik sisteminin işgüzar fəallığını otuz il gecikdirib. Ona görə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması ətrafındakı razılaşmaları nəqliyyat dəhlizlərinin izolyasiyadan çıxması baxımından əsl sıçrayış hesab etmək olar. Bu proses bir neçə il uzana bilər və əlbəttə ki, çətinliklə əldə olunacaq, belə ki, ortaqlar olmadan birbaşa konstruktiv dialoq çox mühiti çox uzaqdadır. Ancaq ilk addım atılıb bu isə sevindirməyə bilməz”.
Zəngəzur dəhlizi perspektivdə beynəlxalq “Şimal-Cənub” dəhlizinə və Yeni İpək Yoluna inteqrasiya edilə bilər
Marina Lapenko məsələnin əsas mahiyyətinə gələrək bildirib ki, söhbət Qars-Naxçıvan-Mehri-Zəngilan-Bakı dəmir yolu məntəqələri və avtomobil yolları olmaqla Zəngəzur dəhlizinin yaradılmasından gedir. SİTAT: “Layihə realizə olunarkən Azərbaycan Naxçıvana və Türkiyəyə Rusiya isə Türkiyəyə və Ermənistana, Ermənistan isə Rusiyaya və İrana (Ermənistan-İran sərhədində birbaşa dəmir yolunun tikintisi coğrafi mühitə görə mümkün deyil) yeni nəqliyyat marşrutu əldə edəcək. Zəngəzur dəhlizi perspektivdə beynəlxalq “Şimal-Cənub” dəhlizinə və Yeni İpək Yoluna inteqrasiya edilə bilər və bu da qısa zamanda Naxçıvan Muxtar Respublikasının inkişafına stimul verəcək. Ona görə də layihənin realizəsi marağında artıq regional oyunçular yer almağa başlayıblar”.
Naxçıvan dəmir yolu ilə hərəkəti regional blokadanın aradan qalxmasına, ölkələrin gələcək inkişafına xidmət edəcək, Türkiyənin mövqeyi güclənəcək
Beləliklə məlum olur ki, Rusiya ekspertlərinin əsas çoxluğu Naxçıvan dəmir yolu ilə hərəkəti regional blokadanın aradan qalxmasına, ölkələrin gələcək inkişafına xidmət edəcək. O cümlədən, dəhlizin işə düşməsi Rusiyanın da səmərəsinədir ki, bu ölkə Yaxın Şərq və Hind okeanı bazarına alternativ yolu qazanacaq. Ekspert bildirib ki, Rusiya adıçəkilən bazarlara Azərbaycan ərazisindən keçmək təcrübəsinə malikdir. Bu, həmçinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində tam razılaşmanın imzalanması üzərində İranla aparılan danışıqlar baxımından da ticarət dövriyyəsinin artması imkanını yaradır.
Qeyd edək ki, bir sıra ekspertlər Türkiyənin mövqeyinin artacağından narahat olurlar. Belə ki, Türkiyə layihə üzərindən yeni tarixində ilk dəfə Azərbaycanla tranzit dəhlizi əldə edir və bu da qardaş ölkənin Cənubi və Şimali Qafqaz, Xəzərdə, eləcə də Mərkəzi Asiya regionundakı mövcudluğunu gücləndirir, həmçinin İranla Rusiya arasındakı rəqabəti gücləndirir.
İran faktoru: ölkənin şimalını etnik azərbaycanlılar təşkil edirlər və yeni marşrutlar nəinki işgüzar, həm də humanitar təmasları aktivləşdirəcək
Azərbaycanın Ermənistan-İran sərhədi boyunca olan quru dəhlizi İran üçün də müəyyən çağırışlara səbəb ola bilər. Belə ki, bu ölkənin şimalını etnik azərbaycanlılar təşkil edirlər. Yeni marşrutlar isə nəinki işgüzar, həm də humanitar təmasları aktivləşdirəcək.Rusiyalı ekspert hesab edir ki, digər tərəfdən, Laçın dəhlizi ilə normal hərəkət dəhlizin dəqiqləşdirilməmiş statusu qeyri-müəyyən vaxta qədər uzana bilər. Ancaq bütövlükdə nəqliyyat sisteminin geri dönməsi və normal funksiya ilə işə düşməsi Azərbaycanla yanaşı, Ermənistana da səmərə verməlidir ki, bu da bütövlükdə Cənubi Qafqaz regionunda iqtisadi inkişafa öz müsbət təsirini gösrtərə bilər.

sia.az

Digər xəbərlər