Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən «Şəhid ailələrinə qayğı» aksiyası çərçivəsində YAP Tərtər rayon təşkilatı Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan şəhid ailələri ilə görüşləri davam etdirir. Növbəti görüşlərdə rayon təşkilatının sədri Ramiz Şabanov, rayon təşkilatının Şura üzvü Emin Pənahov, rayon ağsaqqalı Eldar Əsədov, YAP könüllülərindən Orxan Yusifzadə, Gündüz Alıkişiyev və Elşən Mənsimov rayonun Qaynaq kəndindən olan şəhidlər Taleh Məhərzadə Oqtay oğlu və Cahangir Surxayzadə Hətəm oğlunun, Evoğlu kəndindən olan şəhidlərdən Ceyhun Hacızadə İfrail oğlunun, Fuad Məhərrəmli Habil oğlunun və Mürşüd Əhmədzadə Müdahil oğlunun ailələrini ziyarət etdilər. Qaynaq kəndinin şəhidi Taleh Məhərzadə Oqtay oğlu Vətən müharibəsində Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə “Suqovuşanın azad olunması uğrunda” medalı ilə, şəhid Cahangir Surxayzadə Hətəm oğlu döyüşlərdə göstərdiyi fədakarlığa görə “Vətən uğrunda”, “Füzulinin azad olunması uğrunda” və “Şuşanın azad olunması uğrunda” medallarla təltif edilmişlər.Rayonun Evoğlu kəndinin şəhidlərindən Ceyhun Hacızadə İfrail oğlu döyüşlərdə fərqləndiyinə görə “Suqovuşanın azadlığı uğrunda”, şəhid Fuad Məhərrəmli Habil oğlu “Suqovuşanın azadlığı uğrunda” və şəhid Mürşüd Əhmədzadə Müdahil oğlu “Suqovuşanın azad olunması uğrunda” medalları ilə təltif edilmişlər.YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov şəhid ailələri ilə keçirilən görüşlərdə torpaqlarımızın azadlığı uğrunda aparılan 44 günlük Vətən müharibəsinin tariximizə qızıl hərflərlə yazılmasında şəhidlərimizin rolu və onların xatirəsinin yaddaşlara əbədilik həkk olunmalarından danışıb.Şəhid valideynlər övladlarının Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasında onların övladlarının da iştirakından qürur duyduqlarını, ölkəmizdə şəhid ailələrinə, qazilərə dövlət tərəfindən, xüsusilə Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından razılıqlarını bildiriblər.Həmçinin, görüş zamanı şəhid valdeynlərinin problemləri ilə maraqlanılıb, şəhid ailələrinə bəzi problemlərinin həlli məqsədilə köməklik göstərilib.
sia.az