PDF Oxu

Siyasət

  • 3 314

Yeni Azərbaycan Partiyası tarixi sınaqlardan çıxmış xalqın partiyasıdır

Yeni Azərbaycan Partiyası tarixi sınaqlardan çıxmış xalqın partiyasıdır

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VII qurultayındakı porqram xarakterli çıxışı hər bir partiya üzvü üçün fəaliyyət proqramıdır. Qurultayda ölkə Prezidentinin qeyd etdiyi kimi, AXC-Müsavat hakimiyyəti dövrandə ölkədəki xaos, özbaşnalıq, ölkənin idarə olunmaması, o dövrdəki rəhbərlərin səriştəsizliyi Azərbaycanı parçalanmaq səviyyəsinə gətirib çıxarmışdı. Yaşlı nəslin nümayəndəsi kimi həmin dövrlər çox yaxşı yadımdadır. AXC-Müsavat dövründə, nəinki Bakıda, eyni zamanda regionlarda da hakimiyyətsizlik və hərc-mərclik hökm sürürdü. Cənubda Talış-Muğan Respublikası yaradan Əlikram Hümmətovun quldur dəstələri Ulu Öndər Heydər Əliyevə sadaqətli olan adamları nəzarət altında saxlayırdılar. Elə bunun nəticəsi olaraq Azərbaycan xalqı ayağa qalxdı və Ulu Öndərə müraciət edərək: “Azərbaycan xalqı Sizin yolunuzu gözləyir” çağırışı ilə Onun hakimiyyətə gəlməsini təkidlə tələb etdi. Xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev qısa vaxt ərzində ölkəni parçalanmaq təhlükəsindən və seperatçılardan xilas etdi. Ulu Öndərin hakimiyyəti illərində Azərbaycan dövləti inkişaf edərək regionun ən qabaqcıl bir ölkəsinə çevrildi.Yeni Azərbaycan Partiyasının VII qurultayında ölkə Prezidentinin söylədiyi kimi, bu tarixi hadisələri gənc nəslə çatdırmaq, o dövrü yaşamış insanlar kimi hər birimizin vətəndaşlıq borcumuzdur. Yeni Azərbaycan Partiyasının üzvü və Biləsuvar rayon Ağsaqqallar Şurasının sədri kimi Prezidentin söylədiyi fikirləri və o dövrün tarixi hadisələrini gənc nəslə çatdırmağı özüm üçün şərəfli borc hesab edirəm.Ölkə Prezidenti cənab İlham Əliyevin partiyanın VII qurultayındakı proqram xarakterli çıxışı bir partiya üzvü, bir ağsaqqal kimi mənim də həyat fəaliyyətimdə stimul yaratmışdır.Mən əminəm ki, söylədiyim fikirlər bütün Azərbaycan xalqının qəlbindən gələn fikirlərlə səsləşir və Azərbaycan xalqı ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, Onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti dəstəkləyəcək və islahatların iştirakçısı olacaqlar.

Əvəz Miriyev,
Yeni Azərbaycan Partiyasının üzvü,
Biləsuvar rayon Ağsaqqalar Şurasının sədri

sia.az

Digər xəbərlər