Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Astara rayonu Səncərədi kəndində anadan olmuş Qeybiyev Arif İsmayıl oğlunun ailəsini ziyarət ediblər.Görüş zamanı YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman qayğı göstərmək diqqət mərkəzindədir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Astara rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət edilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.Şəhid və qazi ailələrinə hər zaman baş çəkildikdə onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildirirlər.
sia.az