"Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axudova Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü seçilib. Martın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin iclası keçirilib. İclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini və gəncliyin inkişafı üçün bütün imkanların yaradıldığını diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, YAP-ın gəncləri bundan sonra da Ulu Öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği, Prezidentimizin siyasətinin fəal təbliğatı, milli-mənəvi dəyərlərin qorunması və s. sahələrdə fəallığını gücləndirməlidir.Gənclər Birliyinin iclasında YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları və Yeni Azərbaycan Partiyasının gənc üzvləri iştirak edib.Qeyd edək ki, iclasda bildirilib ki, partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir. Artıq bu barədə müvafiq qərar qəbul olunub. Qərara əsasən, Gənclər Birliyinə yeni sədr, 2 sədr müavini və 30 nəfər idarə heyəti üzvü seçilib.
sia.az