PDF Oxu

Siyasət

  • 5 287

YAP-ın VII qurultayında yeni seçilmiş Sədr müavinləri BU ŞƏXSLƏRDİR

YAP-ın VII qurultayında yeni seçilmiş Sədr müavinləri BU ŞƏXSLƏRDİR

Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş qurultayda videoformatda YAP-nın yeni sədr müavinlərinin adları məlum olub. Onları sizə təqdim edirik:

Mehriban Əliyeva
Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini


Bakı şəhərində anadan olub.1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub.2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir.Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir.2005-ci, 2010-cu və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib.2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə isə İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 5 mart 2021-ci il tarixli Sərəncamı ilə Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini təyin edilmişdir.

Tahir Budaqov
Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri

1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir. 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir.1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviridir.1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür.Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 5 mart 2021-ci il tarixli Sərəncamı ilə Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilmişdir.

Əli Əhmədov
Yeni Azərbaycan Partiyası sədrinin müavini

1953-cü ildə Qərbi Azərbaycanda anadan olmuşdur.1975-ci ildə Moskva Tarix İnstitutunu bitirmişdir. Fəlsəfə doktoru, professordur. Bakı Dövlət Universitetində Politologiya və Sosiologiya kafedrasının müəllimi və müdiri vəzifəsində çalışmışdır.1997-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini, 1999-2000-ci illərdə Xətai rayonunun İcra Hakimiyyətinin başçısı olub.2000-ci, 2005-ci və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib.2013-cü ildə Baş nazirin müavini vəzifəsinə təyin olunub.Azərbaycan Respublikasının "Şöhrət" ordeni və Polşa Respublikasının “Xidmətlərə görə” Legioner ordeni ilə təltif olunub.Yeni Azərbaycan Partiyasının 1999-cu ildə I qurultayında İcra katibi, 2005-ci ildə III qurultayında və 2013-cü ildə V qurultayında YAP sədrinin müavini və İcra katibi seçilmişdir.Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 5 mart 2021-ci il tarixli Sərəncamı ilə Yeni Azərbaycan Partiyası sədrinin müavini təyin edilmişdir.

sia.az

Digər xəbərlər