Yeni Azərbaycan Paratiyasının gəncləri bundan sonra da Ulu Öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği istiqamətində fəallığını gücləndirəcək
Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafının təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin, şərəfli yol keçib. Yarandığı zamandan bu günə kimi Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır. Müasir dövrdə beynəlxalq arenada tanınan və qəbul edilən partiyalar sırasında böyük nüfuz sahibidir. Partiyanın yüksək nüfuzu bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edən YAP şərəfli və uğurlu yol keçib.Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 580 vətəndaş birləşib. Bu göstərici partiyaya olan inam və etibarın, dövlətimizə bağlılığın ifadəsidir. Bildiyimiz kimi, bu günlərdə Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi və bu əlamətdar və mühüm ictimai-siyasi hadisədir. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq edildi, YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Artıq partiyanın Nizamnaməsinin qəbulundan sonra çox mühüm nailiyyətlərə və irəliləyişlərə imza atılmışdı və yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılmasına zərurət yaranmışdı. Bütün məsələlər qurultayda təsdiq edilən yeni nizamnamədə öz əksini tapıb.
YAP İSTEDADLI, CƏMİYYƏTƏ VƏ DÖVLƏTƏ XİDMƏT EDƏN GƏNCLƏRİ ƏTRAFINDA BİRLƏŞDİRİB
Təbii ki, bu gün YAP-ın sıralarında gənclərin böyük üstünlük təşkil etməsi və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyətinin də gənclərdən ibarət olmasın təsadüfi deyildi. YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. YAP Gənclər Birliyi də istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür.Bildiyimiz kimi, martın 11-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin iclası keçirildi. Partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilməsi haqda artıq müvafiq qərar qəbul olunub. İclasda Bəxtiyar Qabil oğlu İslamov YAP Gənclər Birliyinin yeni sədri seçilib. Eyni zamanda sədrin müavinləri və 30 nəfərdən ibarət YAP Gənclər Birliyinin üzvü seçilib. Təbii ki, onlara göstərirlən bu etimadın müqabilində YAP gəncləri ölkəmizn inkişafı prosesinə öz töhfələrini fəal şəkildə verməlidir. YAP-ın gəncləri bundan sonra da Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin fəal təbliğatı, milli mənəvi dəyərlərin qorunması və s. sahələrdə fəallığını gücləndirməlidir. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur.Bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda dövlət orqanlarında, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı artmaqdadır. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Ölkəmizdə aparılan gənclər siyasəti üzərimizə böyük məsuliyyət qoyur. Bu gün Azərbaycan gəncliyi ona göstərilən diqqətin fərqindədir və bu qayğıdan maksimum faydalanır. Bu gənclik ona olan etimadı hər zaman doğruldub və gələcəkdə də belə olacaq.
AZƏRBAYCAN GƏNCLİYİ ONA GÖSTƏRİLƏN DİQQƏTİN FƏRQİNDƏDİR
YAP gənləri həyata keçirdiyi çoxsaylı layihələrdə fəal iştirak edirlər. Bir sıra nüfuzlu dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası baxımından çox önəmli faktordur. Bütün bunlar isə perspektiv baxımından böyük uğurlar vəd edir. Bu gün gənclər layiqli vətəndaşlar kimi yetişirlər və bu da gələcəyə nikbinliklə baxmağa tam əsas verir.44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdikdikdən sonra bu gün ölkəmizin qarşısında yeni yollar açılıb. Bu zəfərdən sonra gənclər üzərində də möhtəşəm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyasının gəncləri də öz növbəsində töhfələrini verəcəklər.Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident Cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Xalqın partiyaya inamı, məhəbbəti yüksəlir və vətənini, xalqını sevən hər kəs Cənab İlham Əliyev ətrafında sıx birləşir. Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. İnkişaf və tərəqqi yolunu tutaraq, bütün fəaliyyət prinsiplərini dövlətə və xalqa xidmət üzərində quran YAP ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam gətirdiyi lider partiyadır.
sia.az