YAP yeni dövrdə də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələrək dünənin, bu günün və gələcəyin partiyası olduğunu bir daha sübut edəcək: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günə kimi ölkəmizin inkişafına, bütün sahələrdə uğurlar qazanmasına özünün sanballı töhfələrini verib. Hazırda cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP respublikamızda gedən bütün proseslərin mərkəzində dayanıb və şübhə yoxdur ki, bundan sonra da belə olacaq. Yeni Azərbaycan Partiyasının VII qurultayında səslənən fikirlər və qəbul edilən qərarlar da bunu bir daha təsdiqləyir”.Bunu SİA-ya açıqlamasında YAP Salyan rayon təşkilatının üzvü Xanım Qədirova deyib. Onun sözlərinə görə, ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın bütün tədbirlərinin, bütün qurultaylarının öz əhəmiyyətinə görə, hər zaman yerli və xarici müşahidəçilərin diqqət mərkəzində olduğunu deyən Xanım Qədirova Vll qurultayın isə bu baxımdan xüsusi olaraq fərqləndiyini bildirb. Onun sözlərinə görə, bu da səbəbsiz deyil. Çünki YAP-ın Vll qurultayı Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi ilə şərtlənən ölkəmizdə və ölkəmizlə bağlı dünyada formalaşmış yeni reallıqlar dövrünə təsadüf edir: “Məlum olduğu kimi, son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizin inkişafına xidmət edb. Eyni zamanda, son vaxtlarda respublikamızda milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi məzmunlu islahatlara geniş meydan verilir. Əksər partiyaların təmsil olunduğu yeni siyasi konfiqurasiyanın formalaşması ölkəmizin böyük uğurudur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi bunu bir daha təsdiqləyir. Şübhə yoxdur ki, bu qərar ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək”.“Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev qurultayda yeni dövrdə partiyanın qarşısında yeni vəzifələr müəyyənləşdirib, onların həyata keçirilməsi üçün tapşırıq və tövsiyələrini verib” deyən Xanım Qədirova partiyanın yeni dövrdə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu bildirib: “Əminik ki, yarandığı ilk vaxtlardan Azərbaycanın müstəqil dövlət kimi var olması üçün üzərinə düşən missiyanı şərəflə yerinə yetirən, bu gün ölkəmizdə həyata keçirilən işlərdə ön sırada gedən YAP yeni dönəmdə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ölkəmizin dinamik inkişafına öz müstəsna töhfəsini verəcək. Bir sözlə, YAP yeni dövrdə də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələrək dünənin, bu günün və gələcəyin partiyası olduğunu bir daha sübut edəcək".
sia.az