YAP Suraxanı rayon təşkilatının rəhbərliyi və əməkdaşları Vətən Müharibəsi qazisi Əkbərov Elnur İmamverdi oğlunun, şəhid Fərzullazadə Mehdi Zaman oğlunun və şəhid Hüseynov Orxan Bəhman oğlunun ailələrini ziyarət etmişlər.Təşkilat sədri Vüqar Seyidov görüş zamanı bildirmişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. Göstərilən diqqət və qayğıya görə şəhidlərimizin valideynləri və qazimiz ailə üzvləri adından öz minnətdarlıqlarını bildirmişlər.
yap.org.az