PDF Oxu

Siyasət

  • 3 958

Antimilli şuranın xain, məkrli missiyası

Antimilli şuranın xain, məkrli missiyası

Antimilli şura və onun arxasında duranlar nəinki bu gün, uzun illərdir ki, pozuculuq fəaliyyətlərini nümayiş etdirirlər. Bu dırnaqarası qurum yarandığı vaxtdan anti-Azərbaycan fəaliyyəti ilə seçilir. Antimilli şuranı əlində oyuncağa çevirən Əli Kərimli ilə onun ətrafında olan beş-on nəfərlik qrup hələ də Azərbaycan dövlətçiliyinə qarşı özlərinin düşmən mövqeyini nümayiş etdirməkdə davam edirlər. Onlar daim müxtəlif mövzular ətrafında böhtan və qərəz dolu fikirləri gündəmə gətirməyə çalışırlar. Antimilli şura, Əli Kərimli və onun ətrafında olan satqınlar erməni diasporu, onlara bağlı olan ayrı-ayrı fondlar tərəfindən maliyyələşdirilməklə, dövlətçiliyimizə qarşı böhtan atmaq, qərəzli mövqe nümayiş etdirmək, Azərbaycan həqiqətlərinə kölgə salmaq, Ermənistanı daha üstün mövqedə nümayiş etdirmək kimi tapşırıqlar verilib.Prezident İlham Əliyev çıxışlarında dəfələrlə radikalların əsl simasını xalqımıza açıb göstərib. Ağır döyüşlər zamanı susan, müharibədən sonra Azərbaycanın igid əsgər və zabitlərinin canı, şəhidliyi hesabına əldə edilən uğurları, qələbəni aşağılamağa çalışan bu antimilli qüvvələr Ermənistanın məğlubiyyətini həzm edə bilmirlər. Çünki bu qələbə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılıb.

“Antimilli ünsürlərlə əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər”
Dövlət başçısı antimilli ünsürlərin satqın, xain olduğunu dəfələrlə bildirib: «Antimilli ünsürlərlə əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Biz əllə heç vaxt bir masa arxasında otura bilmədiyini deyərək onları əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar bura göndərirlər, camaatı çaşdırmaq üçün, onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Onlar Paşinyanı bizə nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu «demokrat» adlandırırdılar. Deyirdilər ki, kaş ki, Azərbaycanda da belə bir «lider» olaydı. Həmin bu «demokrat» bütün müxalifəti həbs etdirdi. Əgər 27 sentyabrda müharibə başlamasaydı, o, onları heç buraxmazdı. Əsas müxalifət partiyasının liderini müharibədən bir neçə gün əvvəl həbs etdi. Cinayət işləri».
“İndi niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır. Gəlsin desin. Öz zibilini yalasın”
Dövlət başçısı bu gün «demokratiyadan» danışanlar Azərbaycanın qələbəsini həzm edə bilmədikləri üçün indi susduqlarını söyləyib: “İndi özünü orada bir müxalifət «lideri» adlandıran bir adam var, o da keçmişdən qalan naftalindən çıxarıblar onu, onu da indi çağırıblar, ona da ölkədən çıxmağa qadağa qoyublar. Budurmu demokratiya? İndi Qərb buna göz yumur o öz yerində. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib. Yəni, artıq heç bir ikinci fikir ola bilməz. Ona göz yumur, o təbiidir. Amma bizim bu dırnaqarası “demokratlar” indi niyə susurlar? İndi niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır. Gəlsin desin. Öz zibilini yalasın. Adam qalmayıb Ermənistanda ki, onu lağa qoymasın. Hansısa adlar veriblər indi özləri bilərlər. Bunu bizə nümunə gətirirdilər. Nə üçün? Çünki oradan, mərkəzdən, onların mərkəzindən təlimat almışdılar. Məqsəd nə idi? Məqsəd Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, çirkin uydurmalar, iftiralar, yalançı məqalələr yazdırmaq - hamısı bizim gözümüzün qabağındadır. Biz bunları unutmamışıq...Bu gün antimilli şurada cəmləşən milli satqınlar da bu məqsədi güdür. Bizim şanlı ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Onlar kimi iyrənc bəlkə də Azərbaycan tarixində insanlar olmayıb. Amma bütün digər siyasi qurumlarla biz əməkdaşlıq edirik və edəcəyik”.
“Antimilli qüvvələrin Vətən müharibəsi zamanı xəyanətkar missiyalarını unutmamışıq”
Politoloq Yusif Bağırzadə antimilli qüvvələrin vətən müharibəsi zamanı xəyanətkar missiyalarını nə xalq, nə dövlətini, xalqını istəyən siyasi qüvvələr unutmayıb: “Biz nə həmin günləri, nə də adını çəkdiyim antimilli qüvvələrin 44 günlük Vətən müharibəsində də öz xəyanətkar missiyalarını reallaşdıraraq ermənilərin dəyirmanına su tökməyini unutmuşuq. Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatdığı, bütün dünyanın Cənubi Qafqazda tamamilə yeni reallıqların meydana gəlməsi faktı ilə razılaşdığı bir zamanda antimilli şura təmsilçiləri bəzi maraqlı dairələrin dəstəyi ilə əldə etdiyi təbliğat imkanlarını səfərbər edərək tarixi qələbəmizə inamı sarsıtmağa, xalqın yeni qürur mənbəyinə şübhə yaratmağa çalışırlar. Gizli maliyyə dəstəyinin qarşılığında xaricdəki havadarlarının sifariş və tapşırıqlarını canla-başla yerinə yetirən bu antimilli dəstə informasiya texnologiyalarının yaratdığı geniş imkanlardan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyasını hər keçən gün daha da genişləndirərək yerli və beynəlxalq ictimai rəyi çaşdırmağa çalışırlar. Onların tutduğu bu yol xəyanət yoludur. Necə ki, bir məmur və ya dövlət qulluqçusu öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar olunmuş işi düzgün icra etməməklə dövlətə xəyanət edir, qeyd etdiyim qüvvələr də bu cür fəaliyyətləri ilə dövlətə, xalqa xəyanət edirlər. Xəyanətə görə isə gec-tez hər kəs cavab verməli olacaq”.

sia.az

Digər xəbərlər