PDF Oxu

Siyasət

  • 4 850

Xaliq Musayev: “YAP nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”

Xaliq Musayev: “YAP nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”

“Zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”. Bunu YAP Laçın rayon təşkilatının sədr müavini, aparat rəhbəri Xaliq Musayev SİA-ya açıqlamasında bildirib.X.Musayev onu da bildirib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamız böyük ənənələrə malikdir. VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir: «Sevindirici haldır ki, YAP-ın VII qurultayı cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirildi. Bu qurultayaqədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması idi. Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu”.“Bu gün Ulu Öndərin arzularını reallaşdıran, “Dəmir yumruq” siyasətinin müəllifi Prezident İlham Əliyev 44 gün ərzində dünya miqyasında görünməyən Qələbəyə – Qarabağ Azərbaycandırımızı özümüzə qaytarmaqla Azərbaycan xalqının o yarasına məlhəm qoydu»,-deyən X.Musayev bildirib ki, bu qələbə dövlət başçımızın son 17 illik prezidentlik fəaliyyətinin reallığıdır: “Prezident İlham Əliyev qurultayda çıxışı zamanı bildirib ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir: “Bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. İndi biz yeni dövrə qədəm qoyuruq”.X.Müsayev Prezident İlham Əliyev cənablarının qurultayda ən vacib məsələ olan gənclərlə bağlı növbəti, xüsusi əhəmiyyət daşıyın fikirləri gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir: “Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır. Çünki biz bu gün də görürük ki, nəsillər dəyişdikcə bəzi ölkələrdə radikal qüvvələr ya hakimiyyətə gəlir, ya da ki, ildən-ilə, seçkilərdən-seçkilərə onlara verilən səslərin sayı çoxalır. Onların arasında faşist partiyaları var, onların arasında islamofob şüarlarla hakimiyyətə gəlmək istəyənlər var, onların arasında radikallar var. Bütün bunlar onu göstərir ki, tərbiyə işində boşluqlar olub. Sadəcə olaraq, ölkələrin təhsil sistemi bu sahəyə diqqət yetirməyib. Amma tərbiyə həm dərslər zamanı verilməlidir, eyni zamanda, ölkədə hökm sürən ab-hava ilə - o da tərbiyə üsullarından biridir. Məsələn, əgər Azərbaycanı misal gətirsək, bizdə iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür. Harada ki, xalqın maraqları ön plandadır, o ölkələrdə nəsildən-nəslə keçən ənənələrlə yaşayır və biz bu ənənələri yaşatmalıyıq. O ölkələrdə ki, milli identifikasiya artıq arxa plana keçir, o ölkələrdə ki, ənənəvi dəyərlər demək olar ki, deqradasiyaya uğrayır, o ölkələrin gələcəyi çox problemli ola bilər”.YAP-ın ötən dövrdə böyük yol keçdiyini deyən X.Musayev onu da vurğulayıb ki, ölkəmizdə uğurlu dövlət gənclər siyasəti həyata keçirilir, gəncliyin inkişafı üçün bütün imkanlar yaradılır: “44 günlük müharibə və Zəfər Qələbəmiz gənclərdə torpaq, Vətən sevgisi onları yumruq kimi birləşdirdi, 30 ilin işğalına son qoymağa, üçrəngli bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandırmağa səslədi və qəhrəmancasına buna nail oldular. Bu günün prioritet məsələlərindən biri şəhid ailələrinə, qazilərimizə diqqət və qayğının göstərilməsidir. Dövlətimiz onları qayğı ilə əhatə edir. Cənab İlham Əliyev qurultayda bildirdi ki, YAP üzvləri bu kateqoriyadan olan insanlara daim diqqət, qayğı göstərməlidirlər. Bir sözlə, tarixi hadisə olan Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyanın həm struktur, həm də proqram baxımından özünü yeniləməsi, habelə rəhbər vəzifələrə edilmiş uğurlu kadr təyinatları, bütövlükdə ölkənin siyasi həyatına dinamizm gətirəcək”.

sia.az

Digər xəbərlər