PDF Oxu

Siyasət

  • 4 721

Yeni dövr yeni vəzifələr diktə edir

Yeni dövr yeni vəzifələr diktə edir

Əminliklə deyə bilərik ki, tarixçilərimiz, salnaməçilərimiz Azərbaycan tarixinin İlham Əliyev dövrünü tarix kitablarımıza köçürərkən, bu illər ərzində əldə etdiyimiz uğurları, inkişafı, tərəqqini, 44 günlük Vətən müharibəsində parlaq qələbəmizi sadalayarkən, hökmən Ümumilli liderimiz Heydər Əliyevin 2003-cü ilin oktyabrında prezident seçkiləri qabağı Azərbaycan xalqına müraciətində dediyi “... Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkşafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kəlamlarına dönə-dönə müraciət edəcəklər.2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində Azərbaycan xalqı Ulu Öndərin müraciətinə böyük ruh yüksəkliyi ilə cavab verərək öz talelərini İlham Əliyevə etibar etdi. Əslində, Azərbaycan xalqı seçkilərdə təkcə İlham Əliyevə yox, həm də Heydər Əliyev siyasətinə səs vermiş oldu. Yeni Azərbaycan Partiyasının 26 mart 2005-ci ildə keçirilən III qurultayında isə İlham Əliyev partiyanın sədri seçildi. Bununla da Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ başladı. Əslində, Cənab İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsi Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyətinə, onun siyasətinə və siyasi kursuna inamından bəhrələnirdi. Cənab İlham Əliyev bu siyasətə sadiq qaldığını bildirməklə, bu siyasətin alternativi olmadığını həm Azərbaycan cəmiyyətinə, həm də bütün dünyaya bəyan etdi.Cənab İlham Əliyev partiyanın III qurultayındakı nitqində demişdi: “Mən əminəm ki, bundan sonra da Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq doğma vətənimizə, xalqımıza ləyaqətlə xidmət edəcəyəm.” Tarix Ulu Öndər Heydər Əliyevin bu müdrik və uzaqgörən kəlamlarının nə qədər dahiyanəliklə dediyinin şahidi oldu. Ötən 17 il ərzində Cənab İlham Əliyev sübut etdi ki, bu siyasət qədər Azərbaycanı uğura, inkişafa, tərəqqiyə, firavanlığa aparan ikinci bir siyasət ola bilməz və həqiqətən onun alternativi yoxdur. Bu illər ərzində Azərbaycan dövləti Cənab Prezident İlham Əliyevin rəhbərliyi və Yeni Azərbaycan Partiyasının yaxından köməkliyi ilə böyük inkşaf yolu keçib, möhtəşəm uğurlara imza atıb. Şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin görkəmi tanınmaz dərəcədə yeniləşib. Əhalinin rifah halı günbəgün yaxşılaşır. İqtisadiyyatımız 3 dəfədən çox artıb. Ölkəmizin beynəlxalq nüfuzu möhkəmlənib. Müstəqilliyimizin ən böyük uğurlarından biri kimi Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. İndi ölkəmiz BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təsissatı olan Qoşulmama Hərəkatı ilə yanaşı Türk Şurasına sədrlik edir. Azərbaycan Kosmik dövlətlər klubunun üzvü olmaqla fəzada 3 peyki dövrə vurmaqdadır. Biz indi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla Avropanın enerji xəritəsini yenidan cızırıq, regionun mühüm logistik mərkəzinə çevrilməkə ŞimalCənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin təşəbbüskarı kimi çıxış edirik. Qısa bir yazıda təbii ki, son 17 ildə əldə etdiyimiz uğurları saymaqla qurtarmaz. 2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra ölkəmiz yeni bir mərhələyə qədəm qoydu. Həyatımızın bütün sahələrini əhatə edən islahatlara başlandı. Bu islahatlar Yeni Azərbaycan Partiyasından da yan keçə bilməzdi. Bu baxımdan, partiyanın 5 mart 2021-ci il tarixdə keçirilən Vll qurultayının qərarları gələcəkdə istər partiyanın, istərsə də ölkənin həyatında mühüm tarixi hadisə kimi yadda qalacaqdır. Məlum olduğu kimi partiyanın Nizamnamə və Proqramına son əlavə və dəyişikliklər 1999-cu ildə partiyanın I qurultayında qəbul edilmişdi. Ötən 12 ildə, eyni zamanda, sonuncu Prezident seçkilərindən sonra bəyan edilən proqramlar icra olunur. Bu illər ərzində qarşıya qoyulan birinci dərəcəli vəzifə-ərazi bütövlüyümüzün bərpası təmin edilmişdir. Bununla birlikdə siyasi, iqtisadi, sosial və digər sahələrdə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş hədəflərə çatmaqdayıq. Azərbaycanda yeni reallıqlar yaranıb.Bu yenilikləri Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Əsgəri, Azərbaycan Xalqı yaradıb, bizim ölkəmiz yaradıb. Məhz Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti də bu səbəbdən yaranmışdı. Qurultay öz işini uğurla başa çatdırdı. Partiyanın yeni Nizamnaməsi və yeni Nizamnaməyə uyğun olaraq onun yeni idarəetmə aparatı-Mərkəzi Aparat və digər strukturları formalaşdı. Yeni yaradılmış Mərkəzi Aparat və digər strukturlar qarşısında yeni reallıqlara, yeni şəraitə, uyğun olaraq yeni yanaşma, çevik idarəetme tələbləri qoyulmuşdur. Eyni zamanda partiyanın İdarə Heyətinə, yeni dövrün tələblərinə uyğun olaraq partiyanın yeni proqramının hazırlanması barədə partiyanın Sədri Cənab İlham Əliyev tərəfindən tapşırıq verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021 ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə və yeni reallıqlara uyğun olaraq dövlətin bütün strukturları və partiya qarşısında mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələr-siyasi sistemimizin təkmilləşdirilməsi, şəhid ailələrinə və qazilərimizə diqqətin artırılması, Qarabağa Böyük Qayıdış proqramının icra olunması, gənc nəslin təlim-tərbiyəsinin diqqət mərkəzində saxlanması, milli-mənəvi dəyərlərimizin, çoxmillətli, çoxkonfessiyali, multikultural dəyərlərin qorunub saxlanılması, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, regionda uzun müddətli sülhün təmin edilməsi və digər sahələri əhatə edir. Bir sözlə partiyanın VII qrultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevrildi və hər bir partiya üzvü qarşısında mühüm vəzifələr qoydu. Yaxın gələcəkdə, həm də perspektivdə uğurlarımız bu vəzifələri necə yerinə yetirəcəyimizdən asılı olacaqdır. Yazını partiyamızın sədri, Prezidentimiz Cənab İlham Əliyevin VII qurultaydakı kəlamları ilə bitirmək istədim. ”Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaqdır”.

Ramiz Göyüşov,
YAP Binəqədi rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər