PDF Oxu

Siyasət

  • 3 808

“Dünyada haqq-ədalət arxa plandadır” EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Dünyada haqq-ədalət arxa plandadır” EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Azadlıq aktının “907-ci düzəliş” adlı bəndi 1990-cı illərin əvvəllərində Azərbaycanı ciddi şəkildə informasiya blokadasına alıb. Beləliklə, Qarabağ bölgəsində baş verənlərlə bağlı dünya ictimaiyyəti heç bir informasiya sahibi olmayıb. Bu düzəlişin mahiyyəti Azərbaycana olan hərbi yardımların qarşısını almaq olub. Azərbaycanın son illər həyata keçirdiyi uğurlu siyasət nəticəsində heç bir maddi yardıma ehtiyacı yoxdur. Hətta, Azərbaycan özü beynəlxalq təşkilatlara maddi və humanitar yardım edib. “907-ci düzəliş” yalnız siyasi xarakter daşıyır. Burada başqa mahiyyətdən söhbət gedə bilməz”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.Onun sözlərinə görə, Qərbi Avropa və Rusiyada fəaliyyət göstərən erməni diasporu nümayəndələrinin Qarabağda, Ermənistanda çoxlu biznesləri var: “Dünyaya demokratiya dərsi demək iddiasında olan Amerika, indi ermənilərin etdiyi vəhşilikləri görmək isdəmir. Azərbaycan bütün qətnamələri təkbaşına yerinə yetirib. Bu gün dünyada haqq-ədalət arxa plandadır”.

sia.az

Digər xəbərlər