PDF Oxu

Siyasət

  • 3 904

“Azərbaycan Laçın dəhlizini nəzarətə götürə bilər” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Laçın dəhlizini nəzarətə götürə bilər” ÖZƏL-MÜNASİBƏT

“Son zamanlar ermənilər yavaş-yavaş dirçəlməyə başlayıblar. Qarabağ bölgəsindəki qondarma qurumun keçmiş başçısı yenə də fəallaşıb. Bəzi yerlərdə evlər tikir və guya əhalini məskunlaşdırmaqla məşğuldur. Yəni Xankəndidən kənarda da təsir dairəsini genişləndirməyə çalışır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Azərbaycan kəşfiyyat orqanları belə məlumat əldə edib ki, Ermənistandan Azərbaycana gizli yolla erməni təxribatçıları göndərilir, Qarabağın ərazisində müəyyən yerlərdə məntəqələr qurulur və burdan gələcək Azərbaycana qarşı müəyyən təxribat hərəkətlərini törətmək məqsədi güdürlər: “Bu məlumatların hamısı Azərbaycanda var. Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Türkiyənin tətbiq etdiyi dronlar Qarabağın bütün nöqtələrinin şəkilini, videosunu çəkə bilir və həmin təxribatçıların harada gizləndiyini, necə Ermənistandan Azərbaycana keçirildiyini çəkirlər. Azərbaycanın əlində təkzib edilməz faktlar var və indi Azərbaycan hesab edir ki, bu proses bu cür davam etsə, indidən erməni qoşunları gizli şəkildə mülki əhaliyə qoşularaq Qarabağ ərazisinə gələcək və günlərin bir günündə yenidən Azərbaycan ordusuna qarşı xain hücumlarını davam etdirə bilər. Ona görə də, ordumuz bu gün 10 min nəfərlik heyətlə çox güclü təlimlər həyata keçirir, bu təlimin məqsədi anti-terror əməliyyatları həyata keçirməkdir. Düzdü bu haqda heç nə elan edilməyib sadəcə olaraq, plan üzrə həyata keçirilən təlim əməliyyatlardır. Amma eyni zamanda, Azərbaycan ordusu hazırlıq səviyyəsini gücləndirir. Ordunun qarşısına müəyyən vəzifələr qoyulur. Ordumuz həmin vəzifələri həyata keçirməyə çalışır və nəticə etibarı ilə ermənilər hay-küy qaldırsa da, Azərbaycan Xankəndinə və ətrafına hücum etməyə, hətta Laçın dəhlizini nəzarətə götürə bilər. Burada ruslar var, biz ruslarla qarşı-qarşıya gəlməyəcəyik. Amma ruslarla Azərbaycan tərəfi intensiv danışıqlar aparır, Türkiyədə bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edir. Çünki Türkiyədə belə hesab edir ki, ruslar 51 min nəfərdən çox ermənini gətirdilər Xankəndinə və ora yaxın rayonların ərazilərinə yerləşdirdilər. Bu isə Azərbaycanda qəzəb hissi oyadır və təbii olaraq, Azərbaycan uğurla başa çatdırdığı 44 günlük müharibənin nəticələrinin təftiş edilməsinə və ermənilərin yeni təxribatlar törətmələrinə şərait yaradılmasına etiraz edir və Rusiyadan da bunu tələb edir ki, təcili tədbirlər görsün. Əks təqdirdə, Azərbaycan bunu özü etməli olacaq”.

sia.az

Digər xəbərlər