“Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində çıxışında işğaldan azad olunan ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərə geniş toxundu. O qeyd etdi ki, ermənilər işğal etdikləri bütün əraziləri vəhşicəsinə dağıdıblar. Hətta evlərin daşlarını, damlarını oğru kimi söküb aparıblar, qəbirləri eşələyib təhqir ediblər. Ermənilər bu dağıntıları müharibədən sonra, məhz işğal dövründə törədiblər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.Deputatın sözlərinə görə, ermənilər həmçinin tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, hətta alban kilsələrini də dağıdıblar: “Məscidlərimizdə inək və donuz saxlayıblar. Onlar Hünərli kəndindəki Alban məbədini də erməniləşdirmək istəmiş, burada erməni dilində yazılar yazıb, ancaq buna nail ola bilməyiblər. Azərbaycan ordusu buna imkan vermədi. Həmçinin Şuşada Vaqifin məqbərəsini, büstünü, Pənahəli xanın sarayının da dağıdıblar.Azərbaycanın müxtəlif yerlərində xristian abidələri qorunur. Bakıda erməni kilsəsi dövlət tərəfindən bərpa edilib, qorunub saxlanılır. Bakıda 3 pravoslav, 1 katolik kilsəsi, 2 sinaqoq sərbəst fəaliyyət göstərir. Budur Azərbaycan reallığı.Azərbaycan işğal olunmuş ərazilərdə dağıdılmış bütün abidələri bərpa edəcək. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, bütün dünya bunu bilir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, o da yarıdağılmış vəziyyətdədir. Saxlanılan məscidlərdən ermənilər müxtəlif məqsədlər üçün istifadə ediblər.Ermənilər Azığ mağarasında da bir çox dəyişikliklər edərək bu qədim yaşayış məskənini saxtalaşdırmağa cəhd ediblər. Azıx mağarasını azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycana məxsusdur, xalqımızın tarixi sərvətidir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparıb, xaricdən qanunsuz olaraq alimlər gətirib. Onlar bu mağaraya -tarixi irsimizə böyük ziyan vurublar.Budur Ermənistanın həqiqi mahiyyəti. Bu gün də Ermənistana havadarlıq edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. İkili standartlardan imtina edərək görsünlər, onlar havadarlıq etdiyi dövlət Azərbaycanlılara qarşı hansı vəhşilikləri, soyqırımı törədib. Necə bizim dədə-baba torpaqlarımızı dağıdıblar, çalışıblar bizim tarixi irsimizi silsinlər, tarixi saxtalaşdırsınlar.Azərbaycandakı xristian abidələrindən narahat olan bir sıra dairələr gəlib yerində Azərbaycan reallığı ilə tanış ola bilərlər. Azərbaycan onlara bu şəraiti yaradacaq".
sia.az