PDF Oxu

Siyasət

  • 5 440

Prezidentin bütün sferalarda apardığı fəaliyyət Azərbaycanı tam qalib dövlətə çevirib - ŞƏRH ÖZƏL

Prezidentin bütün sferalarda apardığı fəaliyyət Azərbaycanı tam qalib dövlətə çevirib - ŞƏRH ÖZƏL

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusunu ağır məğlubiyyətlə üz-üzə qoydu. Eyni zamanda, Azərbaycanın bu möhtəşəm Zəfər Qələbəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində yüzlərlə kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Həmçinin 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. 2020-ci il 8 noyabr tarixində isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov deyib.Deputatın sözlərinə görə, hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir: “BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə həll olunmurdu. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər işğalda olan ərazilərimizdən çıxmağa məcbur olsun. Buna baxmayaraq möhtəşəm Zəfər Qələbəsi ilə düşmənin belini qıran Azərbaycan Ordusu bu missiyanın öhdəsindən layiqincə gəldi. Tarix göstərdi ki, ölkə Prezidenti, Azərbaycan xalqı haqlı idi. Məsələnin “hərbi variantı yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Həmçinin işğaldan azad edilmiş rayonlarda “yaşıl enerji” zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının da tətbiqi baş tutacaq. Ağıllı kənd layihəsi ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən tarixi əhəmiyyətli Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyulması da xüsusi əhəmiyyətli məsələ idi. Bununla bağlı çıxış edən dövlət başçısı qeyd edib ki, bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. 2021-ci il martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar. Xüsusilə qeyd etmək lazımdır ki, 15 martda bölgə iqtisadiyyatına mühüm töhfə verəcək Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi təşkil olundu. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası baxımından da böyük əhəmiyyət daşıyır. Tarixin bütün zamanlarında azərbaycanlılara qarşı vəhşilik və vandalizm aktı həyata keçirən ermənilər Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında da bir çox dəyişikliklər edərək bu qədim yaşayış məskənini mənimsəməyə cəhd ediblər. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azıx mağarasını azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir və faktiki olaraq Azərbaycana məxsusdur”.İ.Məmmədov vurğulayıb ki, ümumilikdə ölkə Prezidentinin işğaldan azad olunan ərazilərimizə etdiyi səfərlər qalib, güclü Azərbaycanın öz haqq işini həll etdiyini, bununla yanaşı dünya dövlətləri arasında ölkəmizin etibarlı, düzgün siyasət aparan və mühüm tərəfdaş olduğunun növbəti göstəricisi idi: “Dövlət başçısı Ermənistanda məğlubiyyətlə barışmaq istəməyən, qisasçılığa, müharibəyə, revanşa səsləyən qüvvələrə növbəti dəfə xəbərdarlıq edib, onları xam xəyallar qurmaqdan çəkinməyə çağırıb. Azərbaycan Prezidentinin bütün sferalarda apardığı fəaliyyət Azərbaycanı tam qalib dövlətə çevirib və qürur hissi ilə söyləmək olar ki, bu gün beynəlxalq müstəvidə diqtə edən güclü Azərbaycan dövləti vardır”.

sia.az

Digər xəbərlər