“ABŞ prezidentinin Azərbaycan liderinə Novruz təbriki özlüyündə əhəmiyyətli faktdır və ölkəmizin nüfuzuna verilən dəyərin ifadəsidir. Ən azı ona görə ki, Novruzla bağlı ölkələrin heç də hamısına belə münasibət göstərilmir. Ancaq məktubu bütünlüklə ideallaşdıran politoloq və şərhçilərin nədənsə gözdən qaçırdıqları bir məqam var”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Ekspertin sözlərinə görə, belə ki, Baydenin "Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərlə işləməyə hazırıq" fikri Azərbaycanın hazırkı Qarabağ siyasətinə prinsipial olaraq uyğun deyil. Prezidentimiz deyib ki, münaqişə həll olundu və artıq tarixə qovuşdu. Azərbaycanın Qarabağ münaqişəsi kontekstində bugünkü dövlət strategiyası budur”.A.Quliyev vurğulayıb ki, ancaq Bayden məktubunda Azərbaycanın bu strategiyasını bölüşmədiyini açıq göstərir: “Nəzərə alsaq ki, Fransada, Rusiya və Ermənistanda da belə düşünən dövlət adamları və siyasətçilər var, demək, bizim üçün narahat olmalı ciddi əsasların olduğunu unutmamalıyıq. Demək, biz münaqişənin həll olunduğu barədə dövlət strategiyamızı hələ hamıya, o cümlədən ABŞ liderlərinə qəbul etdirə bilməmişik. Baydenin məktubunu birmənalı alqışlamaqdan əvvəl bu barədə düşünməliyik”.
sia.az