"Azərbaycan Respublikasının Konstitusiyasının 54-cü maddəsində insan hüquq və azadlıqlarının qorunması öz əksini tapıb. Ümumiyyətlə, 1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə bir hissəsi insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Ulu öndər Heydər Əliyevin idarəçiliyi zamanından başlayaraq ölkəmizdə insan hüquqlarının müdafiəsi, qanunların aliliyinin qorunması məsələsi dövlətçilik fəaliyyətinin prioritet sahələrindən birinə çevirildi. Azərbaycanda insan hüquq və azadlıqlarına hörmət ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, məhz ümummilli liderin səyi ilə 1993-cü ildən ölümhökmü cəzası üzərində moratorium qoyuldu, 1998-ci ildə isə bu cəza tamamilə ləğv olundu. Ölüm hökmünün ləğvi, şübhəsiz, insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verildiyinin əyani təzahürüdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Ekspert bildirib ki, insan hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoyan ulu öndər tərəfindən atılan humanist addımlar cənab Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdirilir: "Belə ki, 18 mart tarixində sərəncamla məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq cənab Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzaladı. Ölkə başçısımız hər zaman ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək əfv sərəncamları imzalayır. Bu sərəncam da ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin növbəti bariz nümunəsidir. Bayram günlərində neçə-neçə insana azadlıq, ailələrə sevinc bəxş edən bu addım cənab Prezident İlham Əliyev tərəfindən atılmış humanist addım olmaqla yanaşı, eyni zamanda dövlət siyasətinin əsasını insan amilinin təşkil etdiyi faktını yenidən sübut etdi. Sonuncu Amnistiya Aktı da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdi. Ötən il COVID-19 pandemiyası ilə əlaqədar olaraq yaşı 65-dən yuxarı olan 176 məhkum əfv olunmuşdu. Cənab Prezident İlham Əliyev tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları bu günə qədər neçə-neçə ailəyə sevinc bəxş edib".Ş.Həsənova vurğulayıb ki, əfv Sərəncamı bir daha sübut etdi ki, cənab Prezident İlham Əliyev öz siyasətində humanizm prinsiplərini əsas götürərək ölkəmizin daim inkişaf yolu ilə irəliləməsini qarşıya məqsəd qoyub: "Penitensiar sferada fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza üsullarının tərəfdarı olan ölkə başçımız bir daha humanistlik göstərək sübut etdi ki, vətəndaş mərkəzli siyasət hər sahədə olduğu kimi bu sahədə də siyasətin ana xəttidir. Bu cür addımlar həm ölkə başçımızın, həm də Mehriban xanım Əliyevanın öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir".
sia.az