PDF Oxu

Siyasət

  • 4 212

Cəbrayılda ermənilərin "gecəqondu" tikdiyi ibadətgah - MÖVQE

Cəbrayılda ermənilərin "gecəqondu" tikdiyi ibadətgah - MÖVQE

"Ermənilərin 27 il işğal altında saxladıqları Cəbrayıl rayonunda özləri üçün əslində "gecəqondu" üsulu ilə bir ibadətgah tikərək indi də "onu azərbaycanlılar dağıtdılar" ittihamı ilə başladıqları kampaniya mənasız və heç bir perspektivi olmayan hay-küydür. Mənasız hay-küyün qabağında "başqa ölkələrdə də məscidlər, kilsələr, sinaqoqlar sökülür" kimi özünümüdafiə arqumentləri axtarmağımız şəraitə uyğun reaksiya deyil". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Ekspertin sözlərinə görə, başqa ölkələrdə kim nəyi, nə zaman və niyə söküb, ayrı bir məsələdir: "Bizim vəziyyətimizdə faktın mahiyyəti budur ki, ermənilərin 27 il əvvəl işğal etdikləri Cəbrayılda tikdikləri kilsəyə oxşar bir "gecəqondu" bu torpaqların tarixən kimə məxsus olduğunu saxtalaşdırmağa yönəldilmiş cinayətkar addımdır. Azərbaycanın ərazilərində Njde, Drasmat kimi erməni faşistlərinə heykəl qoymaq nə qədər cinayətdirsə, ondan daha artıq cinayət tarixən bircə nəfər erməninin yaşamadığı Cəbrayılda kilsəyə oxşar əcaib bir şey tikməkdir".A.Quliyev vurğulayıb ki, Azərbaycanın torpaqlarında faşist Njdenin heykəli qədər erməni ibadətgahları da yad ünsürlərdir, çünki işğaldan sonra saxtakarlıq məqsədi ilə tikilib: "Özünümüdafiə arqumentləri axtarmaq yox, bütün dünyaya sadəcə belə demək lazımdır-27 illik qanunsuz işğal dövründə Azərbaycan torpaqlarında Ermənistanın apardığı hər hansı tikinti bu ərazilərin tarixinə və milli ruhuna yad ünsürlər olduqları üçün saxlanıla bilməz. Bəlkə sabah ərazilərimizdə erməni işğalçılarının qoyub getdiyi bir faşistin heykəlini dağıdanda da hesabat verməli ya arqumentlər axtarmalıyıq?!".

sia.az

Digər xəbərlər