PDF Oxu

Siyasət

  • 3 688

Vaksin təminatında öhdəlik yox, ikili standartlar prioritet qoyulur - ŞƏRH ÖZƏL

Vaksin təminatında öhdəlik yox, ikili standartlar prioritet qoyulur - ŞƏRH ÖZƏL

Pandemiyanın bütün dünyanı cənginə aldığı ilk günlərdən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan atdığı qabaqcıl addımlarla vəziyyəti nəzarətdə saxlamağa müvəffəq olan nadir ölkələrdəndir. Pandemiyanın ilk aylarında 10-dan çox modul tipli yeni xəstəxana yaradıldı. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkə oldu. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqından bir ay sonra vaksinləri alan və vaksinasiyaya başlayan ölkədir. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının iki Zirvə görüşü COVID-19-a həsr edilmişdir. Azərbaycan lap öncədən "COVAX" layihəsinə qoşuldu, vətəndaşlarımız Çində istehsal edilmiş "CoronaVac" peyvəndi ilə vaksinasiya olunur. Bu istiqamətdə maksimum səmərəli iş aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə mütəmadi təmaslar quruldu. Eyni zamanda, dünya birliyinin etibarlı tərəfdaşı kimi Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım edib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib ki, bu vəsaitin 5 milyonu Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə ayrılıb". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Ekspertin sözlərinə görə, Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın-Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüququ və ədaləti müdafiə edərək, öz bəyanatlarına da sadiq qalaraq dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarı olan ölkədir: "Cənab Prezident İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edir ki, pandemiyadan çıxış yolu dünya dövlətlərinin ümumi səylərinin ortaya qoyulmasıdır. Bu baxımdan da, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiya mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkə başçımız BMT Baş Assambleyasının xüsusi sessiyasında Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırdı, birtərəfli addımlar atılmamasının, peyvəndin bütün ölkələrin xalqlarına çatmalı olduğunun vacibliyini vurğulayıb. Təəssüf ki, humanizm prinsiplərini, insanların sağlamlığını, həyatlarını nəzərə alaraq həmrəy davranılmalı olan bir məsələdə bu barədə səsləndirilən bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyətin şahidiyik. Belə ki, yenə ikili standartlar, ədalətsizlik, proteksionizm, millətçilik məsələləri öndə dayanır. Varlı və kasıb ölkələr kriteriyası nəzərə alınmadan, cənab Prezidentin də qeyd etdiyi kimi hətta müttəfiqlər arasında da ciddi problemlər mövcuddur. Bəzi ölkələr ehtiyaclarından üç-dörd dəfə çox vaksin alıblar. Bəzi ölkələr peyvənd dozalarının çoxunu öz əllərində saxlayırlar. Məsələn, Kanada hər vətəndaşı üçün doqquz, ABŞ yeddi, Avropa İttifaqı isə beş dozaya qədər peyvənd təmin edir. Bu isə o deməkdir ki, kasıb ölkələrə vaksin çatmayacaq, beləliklə də varlı, inkişaf etmiş ölkələr inkişaf etməmiş, vəsaiti olmayan ölkələrin vətəndaşlarının ölümünə göz yumacaqlar".Ş.Həsənova vurğulayıb ki, baxmayaraq 2019-cu ildə qurulan və 190-dan çox ölkənin üzvü olduğu COVAX təşəbbüsü peyvəndlərin dünyanın bütün ölkələrinə ədalətli paylanılması üçün yaradılıb, indi görünən mənzərə odur ki, peyvənd istehsalına nəzarət edən firəvan ölkələr öz istehlak məntiqlərini, bəzi siyasi prioritetlərini və maraqlarını rəhbər tutaraq bir sıra ölkələrə peyvənd tədarükünü məhdudlaşdırır və beləliklə də peyvəndin maliyyə və iqtisadi rifahından asılı olmayaraq dünyanın bütün ölkələri arasında ədalətli və balanslı paylanmasını təmin etmək istiqamətində üzərlərinə götürmüş olduqları öhdəlikləri pozurlar: "Belə ki, Gürcüstan artıq COVAX-dan vəd edilmiş həcmdə peyvəndlə təmin olunur, Azərbaycan isə yox. Deməli, selektiv yanaşma tətbiq olunaraq Qərb özü üçün siyasi cəhətdən etibarlı hesab etdiyi ölkələrə vaksin tədarük edir. Yaranmış mövcud vəziyyət Azərbaycana qarşı bu məsələdə də ikili standartların tətbiq olunduğundan xəbər verir"

sia.az

Digər xəbərlər