PDF Oxu

Siyasət

  • 3 474

"Proseslər nəzarətdən çıxacaq" Armen Rustamyan

"Proseslər nəzarətdən çıxacaq" Armen Rustamyan

Ermənistanda insanlar Nikol Paşinyanın istefasına inanmırlar və bilirlər ki, baş nazirin istefasından sonra, əslində, proseslər onun nəzarətindən çıxacaq. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Daşnaksütyun” bürosunun üzvü Armen Rustamyan İrəvandakı mitinq və yürüşdən sonra bu sözləri NEWS.am saytına verdiyi müsahibəsində deyib.O, xatırladıb ki, baş nazirin istefasından sonra əlbəttə, Milli Məclisdə konstitusiyaya uyğun proses başlayacaq. Qeyd edib ki, istefa məqamından etibarən iki qərar verilə bilər, ya istefa verməmək qərarlaşdırırlar, hansı ki, bu zaman daha təsirli addımlar tələb olunur, ya da istefa verərsə, yalnız parlamentin qərarı ilə istefa verməlidir. Onun sözlərinə görə, hər iki variantda düşünülməli və taktiki addımlar işlənməlidir.“Baş nazirin istefası, Nikolun aradan qaldırılmasının bir variantı kimi qəbul edilməlidir”, deyən “Daşnaksütyun” bürosunun üzvü, xalqın onsuz da Nikol Paşinyanı seçməyəcəyinə inandığını bəyan edib.“Düşünürəm ki, onun yenidən seçilməsi ehtimalı çox azdır. Seçilməsi üçün ona bütün hakimiyyət rıçaqlarından, saxtalaşdırma mexanizmlərindən istifadə etmək yolu qalır. Bundan sonra da, yəni, Nikol nəyin bahasına olursa-olsun, öz yerini saxlamağa çalışacağı təqdirdə, təbii ki, seçkilərin nəticələrinin saxtalaşdırıldığı məsələsinə görə ölkə çətin bir seçki sonrası prosesə keçəcəyi bir gözlənilməlidir və bu zaman daha geniş itaətsizliyə keçmək lazımdır”, deyə Armen Rustamyan bildirib.

sia.az

Digər xəbərlər