Bəli, bu gün 17 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»,-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev bütün sahələrdə, son 17 ildə özünü dəfələrlə isbatlayıb. Bu realllığı Azərbaycan xalqı görür və bəlkə də bu son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməmiz yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm».Dövlət başçısı əldə olunan Qələbə zamanı xalqa müraciətində də bildirmişdir ki, Azərbaycanda bundan sonra da Heydər Əliyevin siyasətini davam etdirəcək: «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm»,-deyərək son 17 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət Qələbə Zəfərimizə nail olduq!Məhz hər sözü, hər vədi reallığı çevirən hər bir azərbaycanlı dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, öz dövləti, öz Prezidenti və Onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Çünki 28 il «kaş ki...» arzularımız «kaş ki» olmadı, arzularımız reallaşdı. Xüsusilə də, Novruz tonqallarımız arzusunda olduğumuz Şuşamızda, Cıdır düzündə alovlandı. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı.
“Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik, bu, tarixi hadisədir”
Vaxtilə Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev düz 23 il öncə - 1998-ci martın 20-də Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində çıxışı zamanı demişdir: “O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik. O birisi il Laçında, o birisi il Kəlbəcərdə, o birisi il Ağdamda, o birisi il Füzulidə, o birisi il Cəbrayılda, Zəngilanda, Qubadlıda. Əminəm ki, belə də olacaq». Bəli, bu gün ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Ali Baş Komandanımız, Prezident İlham Əliyev son 17 illik prezidentlik fəaliyyəti ilə Ata vəsiyyətini əlində Zəfər məşəli, ürəyində Vətən sevgisi ilə yerinə yetirdi və Qalib Liderimiz illər boyu arzusunda olduğumuz Şuşamızda Novruz tonqalımızı yandırdı. Martın 20-də Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva ilə Şuşada Cıdır düzündə Novruz tonqalı yandıran dövlət başçımız Azərbaycan xalqını təbrik edərək bildirdi ki, Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik, bu, tarixi hadisədir: «Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.Ali Baş Komandanımız, Qalib Liderimiz, Qalib Prezidentimizin xalqa müraciəti idə xalqımıza ünvanladığı ən gözəl bayram təbriki olaraq bildirdiyi kimi: «Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm, Şuşa, sən azadsan! Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!»
ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri
sia.az