“Özünü "Milli Şura" adlandırıb millətin zərərinə fəaliyyət göstərən qurum da, AXCP, Müsavat kimi antimilli siyasi təşkilatlar da özlərini gündəmdə saxlamaq üçün anormal variantlardan istifadə edirlər”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.Onun sözlərinə görə, bu gün hər kəsə məlumdur ki, adlarını çəkdiyimiz bu qurumların üçü birlikdə aksiya keçirmək istəsələr, min nəfəri də bir yerə yığmağa elektoratları yoxdu: “Bu, hələ qələbədən öncəki dövrdə belə idi. Sirr deyil ki, Vətən Müharibəsində bu iqtidarın, başda Ali Baş Komandan olmaqla, qazandığı tarixi qələbə, onsuz da xalqın mütləq əksəriyyətinin əvvəldən mövcud olan dəstəyini birə on artırdı. Siyasətçi olanda nə olar, adam bir papağını (əgər varsa) qoyub qarşısına düşünməlidi. Bütün xalqın sevgisini qazanmış bir iqtidara qarşı olmaq, dolayısı ilə xalqa qarşı olmaq anlamına gəlmirmi? Kimsə iddia edə bilməz ki, Azərbaycanda problemlər yoxdur. Ancaq bu problemlərin həlli yolunda da iqtidarın davamlı addımlarının şahidi olan xalq niyə müxalifət adlanan qaragüruhun boş vədlərinə qulaq asmalıdırlar? Bütün bunları həmin siyasət dəllalları gözəl bilirlər. Sadəcə, xaricdəki ağalarından, ölkə daxilindəki bəzi eks-məmurlardan aldıqları pulları kompensasiya etmək üsulundan başqa bir şey deyil. Mitinq etmək istədiklərini bildirirlər, hec kimin gəlməyəcəyini görəndə də, haray salacaqlar ki, ay dadi-bidad, qoymayın, iqtidar sərbəst toplaşma azadlığını pozur. Vəssalam. Beləcə qərbdəki ağalarına "pas" ötürmüş olurlar. İyirmi beş ildı bütün "pas"ları auta çıxıb. Yenə elə olacaq.Yəni, rəhmətlik Molla Nəsrəddin demiş, dava yorğan davasıdı. Allah onlardan aldığı ağılı özlərinə qytarsın, yazıqdılar. Amin deyək ki, duamız müstəcəb olsun”.
sia.az