Siyasət

  • 3 544

Azərbaycanın bu günki inkişafı güclü dövlətçilik ənənələrinə əsaslanır

image

Məlum olduğu kimi 05 mart 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının VII qurultayı oldu. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları geniş nitq söyləmişdir. İlham Əliyev cənabları son 17 il ərzində respublika iqtisadiyyatında,hərbi quruculuq işində və digər sahələrdə qazanılmış nəaliyyətlərdən bəhs etmişdir. Məhz keçən dövr ərzində əldə olunmuş uğurların sayəsində ikinci Qarabağ müharibəsində Ermənistan üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının və Yeni Azərbaycan Partiyasının rolundan bəhs etmişdir. Bütün bunlarla yanaşı birinci Qarabağ müharibəsi dövründə ölkədə fəaliyyət göstərən AXCP-Müsavat iqtidarı zamanı yol verilən uğursuzluqlar təhlil olunmuşdur. AXCP Müsavat cütlüyü yarandığı ilk dövrdən başlayaraq ölkədə pozuculuq işləri ilə məşğul olmuş, hakimiyyət orqanlarının normal işləməsinə daimi maneçilik törətmişlər.Azərbaycana düşmən olan xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən idarə olunan və maliyyələşdirilən bu qurum dövlət çevrilişi yolu ilə qanunsuz olaraq hakimiyyətə gəlmişdir. AXCP Müsavat cütlüyünün səriştəsizliyi. Bacarıqsızlığı nəticəsində ölkədə bütün sahələr üzrə böhran əmələ gələrək hərc-mərclik və xaos yaranmışdır. Çayxana və pivəxanalarda səfil həyat tərzi şəraitində tərbiyyə almış bu antipotlar siyasətdən, iqtisadiyyatdan və dövlət quruculuğundan heç bir anlayışı olmadığı üçün ordu quruculuğunda da heç bir iş görə bilməmişdilər. Bundan istifadə edən Ermənistan Azərbaycanın torpaqlarını işğal etməyə başladılar. İnteleuktual səviyyələri aşağı olan və heç bir idarəetmə təcrübəsi və səriştəsi olmayan bu bacarıqsız yığıntı hər şeyi məhv edirdi. Özlərinin təxribatçı bəyanatları ilə qonşu ölkələrlə, dostluq münasibətlərini korlamışdılar. İran və Rusiya kimi qüdrətli və güclü dövlətlərə qarşı təxribat xarakterli əsassiz iddialar irəli sürürdülər. Kadr potensialı olmadığına görə mühim vəzifələrə təsadüfi, səriştəsiz, bacarıqsız adamlar təyin olunurdu. Məsələn Xarici İşlər və Müdafiə Naziri kimi mühim sahələrə bu barədə elementar səriştəsi, təsəvvürü və anlayışı olmayan adamlar təyin olunmuşdur. Rayonlara təyin olunan rəhbər kadrlar ümumiyyətlə təsadüfi insanlardan seçilirdi. Hakimiyyətdə işləyən rəhbər işçilər arasında korrupsiya halları görünməz dərəcədə yayılmışdır. Hətta şapka anlayışı da xalq cəbhəsinin icad etdiyi korrupsiya termininə çevrilmişdir. Hər bir işin müqabilində şapka tələb olunurdu.Xarici dövlətlərlə görüşlər zamanı özlərini idarə edə bilmirdilər. Protokol qaydalarının nə olduğunu dərk etmirdilər və gülüş obyektinə çevrilirdilər. Ona görə də əhali arasında günü-gündən nüfuzlarını itirirdilər.Hərc-mərclik və anarxiya baş alıb gedirdi.Hətta özləri bir-birlərini eşitmir və qəbul etmirdilər.İş o yerə çatmışdır ki,ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdır. Ölkə Prezidenti özü şəxsən dəfələrlə etiraf edirdi ki,onun komandası öz şəxsi mənafeyləri üçün işləyirlər və ölkə iqtisadiyyatını hərraca qoyublar. Mən o dövrədə Biləsuvar rayon kənd təsərrüfatı idarəsinin rəisi və rayon icra hakimiyyəti başçısının müavini vəzifəsində işləyirdim və dəfələrlə Prezident Əbülfəz Elçibəyin keçirdiyi müşavirələrdə iştirak etmişdim. Müşavirələrdə Prezident yığıncağı idarə edə bilmirdi, kim nə istəyirdi onu da edirdi. Heç kəs Prezidenti eşitmirdi.Prezident qışqıraraq deyirdi ki, nə üçün ölkəni yeyib dağıdırsınız. Xalq cəbhəsinin ən fəal üzvlərindən olan Ə.Hümbətov cənub-muğan respublikasının yaratdığını elan etmişdir. Respublikanın başqa bölgələrində separatçı meyllər baş alıb gedirdi. Hamı başını itirmişdi. Gəncə hadisələrində öz xalqına qarşı silah işlətməkdən belə çəkinmirdilər. Vətəndaş müharibəsi demək olar ki, labüd idi. Bütün bu hərc-mərclik və qarşıdurmanın, xaosun baş alıb getdiyi bir zamanda bunun qarşısını almaq əvəzinə ölkə Prezidenti fərarilik edərək paytaxtdan qaçmalı olmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin müdrikliyi və qəti tədbirləri nəticəsində vətəndaş müharibəsinin qarşısı alınmış, separatçı qüvvələr neytrallaşdırılmış və özbaşnalıqlara son qoyulmuş, hərc-mərcliyin qarşısı alınmışdır.

Akif Kazımov
Biləsuvar rayon Ağsaqqallar Şurasının üzvü

yap.org.az

Digər xəbərlər