Siyasət

  • 3 409

Almaniyanın qəzetində “Küləklər şəhərində həyəcanlı günlər” adlı məqalə dərc olunub

image

Almaniyanın "Wilhelmshavener Zeitung" qəzetində Kristel Rebmanın (Chrıstel Rebmann) müəllifliyi ilə "Küləklər şəhərində həyəcanlı günlər" adlı məqalə dərc olunub. SİA xəbər verir ki, müəllif məqaləsində ölkəmizin paytaxtına turist səfərindən bəhs edir. O, səfərin müsbət təəssüratlarla zəngin olduğunu vurğulayır. Bakının həm gözəl müasir binalarla, həm də qədim tarixi əks etdirən tikililərlə zəngin olduğunu qeyd edir. O, ölkəmizin paytaxtını geniş yaşıllıq ərazilərə və küçələrə malik, gözəl, müasir və geniş bir şəhər kimi xarakterizə edir. Alman jurnalist həmçinin, ziyarət etdiyi İçəri Şəhər, Dənizkənarı Bulvar, Yanardağ, palçıq vulkanlarının mövcud olduğu ərazi, Nobel ailəsinin evi və yerli mətbəx barədə oxucuya geniş məlumat verir. Müəllif Bakının gələcəkdə Dubay şəhərinə rəqabət yaradacığını vurğulayır.

sia.az

Digər xəbərlər