Siyasət

  • 3 751

31 Mart soyqırımından bir əsrdən artıq vaxt keçsə də… ŞƏRH

image

Erməni terrorçu və millətçilərinin 1918-ci ilin mart ayında Azərbaycanın bütün bölgələrində və paytaxt Bakı şəhərində törətdikləri soyqırımından bir əsrdən artıq vaxt keçir. Buna baxmayaraq erməni qaniçənlərinə, terrorçularına, millətçilərinə qarşı kinimiz, nifrətimiz bir an belə azalmayıb, əksinə, hər keçən gün bir az da artır. Necə unudaq minlərlə erməni silahlısının dinc əhaliyə qarşı amansız basqınını. Necə yaddan çıxartmaq olar, minlərlə insanın işgəncə ilə qətlə yetirilməsini, kənd və şəhərlərin xarabazara çevrilməsini, minlərlə azərbaycanlının öz ata-baba yurdundan qaçqın düşməsini. Hansı birini sayaq...Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlamışdır. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan sərəncamla “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühim işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. 2007-ci ildə isə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinə qarşı törədilmiş soyqırımının əyani sübutudur.Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılmasına qərar vermişdir. Tarix bir daha sübut etdi ki, erməni milləti var olduğu gündən bəri dünyaya terrorçu kimi gəlmiş və xisləti, işğalçı siyasəti əsrlər keçsə də dəyişməmişdir. 31 Mart soyqırımının qisası vaxt gələcək alınacaq, demişdik. Qisasımızı almışıq! Yıxıb dağıtmaqlamı, dinc əhaliyə basqın edib məsum insanları öldürməkləmi? Xeyr, Əsla! Tarix boyu meydanlarda mərdi-mərdanə döyüşmüş Azərbaycan xalqı yenə də öz mərdliyini göstərərək vətən övladlarının canı, qanı bahasına tarixi, əzəli torpaqlarını düşmən tapdaqları altından azad etmişdir. Budur, Azərbaycan ilə terror dövləti Ermənistan arasındakı fərq!Ruhunuz şad olsun 31 Mart Soyqırımı Gününün qurbanı olan soydaşlarımız! Qisasınız alınmışdır. Artıq dövlətimiz daha qüdrətlidir. Ölkə Prezideni cənab İlham Əliyevin "dəmir yumruğ"u, güclü siyasəti nəticəsində günü-gündən daha yenilməz daha güclü bir dövlətə çevrilirik. 31 Mart Soyqırımı Gününü unutmarıq, unutdurmarıq!

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının mütəxəssisi

sia.az

Digər xəbərlər